İmam Musa Kazım (ə) (Doqquzuncu möcüzə)
Həzrət İmam Musa Kazımın (əleyhissəlam) pak həyatında muradlar onsuz da hasil olurdu. Şəhadətindən sonra da bu hal davam edir. Onun (ə) mübarək rövzəsi Bağdaddan kənarda yerləşən müqəddəs Kazimeyndədir.
Qoca və kor bir seyid son dərəcə kasıblıq və yoxsulluq içində rövzənin içinə girdi və müqəddəs zərihə əli ilə toxunan kimi gözlərinə işıq gəldi. O, son dərəcə sevindi və sevincdən çölə tərəf qaçdı və deyirdi: Gözüm açıldı, gözüm açıldı! Yaxşıca görməyə başladım (salavat).
Bunun üzərinə camaat izdiham yaratdı. Camaat təbərrük olaraq onun paltarlarını didib parçaladı. Ona üç dəfə təzə paltar geyindirdilər və bayırda paltarlar cır-cındıra döndü. Nəhayət, xadimlər bədəninə zərər yetməsin deyə onu ehtiyatla evinə çatdırdılar. Bu qoca seyid deyir ki, mən Bağdad xəstəxanasında gözlərimin müalicəsi üçün xeyli müddət qalmışdım. Həkimlər əldən düşüb dedilər ki, bunun müalicəsi yoxdur. Mən xəstəxanadan ümidimi üzüb çıxdım və (Həzrət İmam Musa Kazımın (əleyhissəlam)) müqəddəs rövzəsinə gəldim. Və burada onun (ə) vəsiləsi ilə uca Allahın dərgahına dua etdim: «İlahi! Səni burada dəfn olunmuş bu İmama (ə) and verirəm, mənə yenidən görmə qabiliyyəti bəxş et». Bunu deyib mübarək zərihə əl vuran kimi gözlərimə birdən işıq gəldi və bir səs gəldi: Get! Sənə yenidən işıq bağışlandı.