Həzrət Abbas Ələmdarın (ə) möcüzəsi (On ikinci möcüzə) — ərəb mətni və tərcümə | Sadaat
Skip to content

Həzrət Abbas Ələmdarın (ə) möcüzəsi (On ikinci möcüzə)

16 Möcüzə

Həzrət Abbas Ələmdarın (ə) möcüzəsi (On ikinci möcüzə)

Mərhum Ağa Bircəndi «Əsrarüş-şəhadə» kitabında yazır: O zaman bəzi etibarlı adamlardan mənə məlum oldu ki, hələ də sağ olan dindar bir mömin

(Ağa Bircəndinin zamanında bu şəxs sağ idi).

hər gün Həzrət İmam Hüseynin (ə) ziyarətinə gedirdi. Amma Həzrət Əbülfəzl Abbasın (ə) ziyarətinə həftədə yalnız bir dəfə gedirdi. Bu mömin kişi bir dəfə Həzrət Fatimeyi-Zəhranı (salamullahi əleyha) yuxuda gördü: mən onun (ə) hüzuruna gəlib son dərəcə ədəblə salam verdim, lakin o, üzünü çevirdi. Ərz etdim: Ey iki dünyanın şahzadə xanımı, atam-anam sizə fəda olsun, məndən hansı xətaya görə narazısınız?

Cənnət xanımı buyurdu: Mən səndən ona görə narazıyam ki, sən mənim bir övladımın ziyarətinə getmirsən. Ərz etdim: Ey aləmlərin xanımı (ə)! Mən ki hər gün ziyarətə müşərrəf oluram. Rəsulullahın (s) qızı buyurdu: Bəli.

تذرین بنی الحسین ولا تذرین بنی العباسؑ إلا قلیلاً

Sən mənim oğlum Hüseynin (ə) ziyarətinə hər gün gedirsən, amma mənim oğlum Abbasın (ə) ziyarətinə çox az gedirsən. Sənin bu işin bizim xoşumuza gəlmir.

Sayğac, səs və oflayn oxu tətbiqdədir.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

Get it on Google PlayTezlikləDownload on the App Store