Diş ağrısı üçün həmayil
İmam Cəfər Sadiqdən (ə) rəvayət olunur ki, ağrıyan dişin üzərinə əlini qoyub Həmd, Tövhid və Qədr surələrini oxusun və desin:
وَتَـرَى الْجِبَالَ تَحْسَبُـهَا جَامِدَةً وَّّهِىَ تَمُرُّ مَرَّ السَّحَابِ ۚ صُنْـعَ اللّـٰهِ الَّـذِىٓ اَتْقَنَ كُلَّ شَىْءٍ ۚ اِنَّهٝ خَبِيْـرٌ بِمَا تَفْعَلُوْنَ
(Nəml surəsi, 88-ci ayə, 20-ci cüz)
Tərcümə: Sən dağları görüb onları yerində sabit sanarsan, halbuki onlar buludlar kimi hərəkət edir. Bu, hər şeyi möhkəm yaratmış Allahın işidir. Şübhəsiz ki, O, etdiyiniz hər şeydən xəbərdardır.
Bundan sonra Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) salavat göndərsin və Məhəmməd (s) və Ali-Məhəmmədin (ə) düşmənlərinə lənət etsin.
(Başqa bir həmayil)
Həzrət Əmirəlmöminin Əli ibn Əbu Talibdən (ə) rəvayət olunur ki, səcdə yerinə əlini çəkib onu ağrıyan dişə sürtsün və bunu oxusun:
بِسْمِ اللَّهِ وَالشَّافِي اللَّهُ، وَلا حَوْلَ وَلا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ
Tərcümə: Allahın adı ilə, Allah şəfa verəndir və Uca və Əzəmətli (Əliyyül-Əzim) Allahdan başqa heç bir güc və qüvvət yoxdur.