İmam Musa Kazımın (ə) hirzi — ərəb mətni və tərcümə | Sadaat
Skip to content

İmam Musa Kazımın (ə) hirzi

Şəfa duaları

İmam Musa Kazımın (ə) hirzi

Əli ibn Yəqtin ibn Musa Bağdadidən rəvayət olunur ki, İmam Musa Kazımın (ə) bir neçə qohumu onun yanında oturmuşdu. Bu zaman kimsə xəbər gətirdi ki, Abbasi xilafətinin dördüncü hökmdarı xəlifə Musa Hadi ismət və təharət xanədanının böyüklərini, xüsusən də İmam Musa Kazımı (ə) öldürməyi qərara alıb, ya da İmamı (ə) həbs etmək istəyir. İmam (ə) qohumlarından, yaxınlarından və ardıcıllarından soruşdu: “Bu barədə sizin fikriniz nədir?”

Onlar dedilər: “Bizim fikrimiz budur ki, siz onun əli çatmayan bir yerdə gizlənəsiniz ki, onun şərrindən amanda qalasınız.” Bu zaman İmam (ə) gülümsəyərək Kəb ibn Malikin bir beytini misal gətirdikdən sonra buyurdu: “Qorxmayın, çünki İraqdan gələn ilk məktubda Musa ibn Mehdinin ölüm xəbəri gələcək.” Sonra izah edərək buyurdu:

زَعَمَتْ سَخِینَةَ أَنْ سَتَغْلِبُ رَبَّهٰا ! فَلَیَغْلِبَنَّ مَغالِبَ الْغُلاَّبِ إلهِی کَمْ مِن عَدُوٍّ شَحَذَ لِی ظُبَةَ مُدْیَتِهِ وَأَرْهَفَ لِی شَبا حَدِّهِ وَدافَ لِی قَواتِلَ سُمُومِه وَلَمْ تَنَمْ عَنِّی عَیْنُ حِراسَتِهِ فَلَمَّا رَأَیْتَ ضَعْفِی عَنِ احْتِمالِ الْفَوادِحِ وَعَجْزِی عَنْ مُلِمَّاتِ الْجَوائِحِ صَرَفْتَ ذلِکَ عَنِّی بِحَوْلِکَ وَقُوَّتِکَ لاَ بِحَوْلٍ مِنِّی وَلاَ قُوَّةٍ فَأَلْقَیْتَهُ فِی الْحَفِیرِ الَّذِی احْتَفَرَهُ لِی خائِباً مِمَّا أَمَّلَهُ فِی الدُّنْیا مُتَباعِداً مِمَّا رَجاهُ فِی الْاَخِرَةِ، فَلَکَ الْحَمْدُ عَلَی ذلِکَ قَدْرَ اسْتِحْقاقِکَ سَیِّدِی اَللّٰهُمَّ فَخُذْهُ بِعِزَّتِکَ وَافْلُلْ حَدَّهُ عَنِّی بِقُدْرَتِکَ وَاجْعَلْ لَهُ شُغْلاً فِیما یَلِیهِ وَعَجْزاً عَمَّا یُناوِیهِ اَللّٰهُمَّ وَأَعْدِنِی عَلَیْهِ عَدْوَیً حاضِرَةً، تَکُونُ مِنْ غَیْظِی شِفائً وَمِنْ حَنَقِی عَلَیْهِ وقائً وَصِلِ اَللّٰهُمَّ دُعائِی بِالْاِجابَةِ، وَانْظِمْ شِکایَتِی بِالتَّغْیِیرِ وَعَرِّفْهُ عَمَّا قَلِیلٍ مَا أَوْعَدْتَ الظَّالِمِینَ وَعَرِّفْنِی وَعَدْتَ فِی إجابَةِ الْمُضْطَرِّینَ إنَّکَ ذُوالْفَضْلِ الْعَظِیم وَالْمَنِّ الْکَرِیمِ

Tərcümə: Səxinə güman edirdi ki, öz Rəbbinə qalib gələcək! Lakin Allah hər qalibə qalib gələndir.

Sonra o həzrət (ə) əllərini səmaya qaldırdı və dedi:

Allahım, nə qədər düşmənlər mənim üçün bıçağın tiyəsini itilədi, mənə qarşı hər qılıncı sıyırdı və mənim üçün öldürücü zəhər hazırladı, lakin məni gözləyən göz yatmadı. Sən mənim zəifliyimi gördüyün zaman ki, bu xoşagəlməz işlərə dözə bilmirəm, bu məhvedici çətinliklər qarşısında acizəm, onların hamısını Öz qüdrətinlə dəf etdin, məndə isə o qədər güc və qüvvə yox idi. Sonra onu mənim üçün qazdığı quyuya atdın. O, öz sözündə uğursuz oldu, bu dünyada da, axirətdə də naümid qaldı. Bu mərhəmətə görə Sənə həmd olsun, ey mənim Mövlam, Sənin şəninə layiq olan qədər həmd! Ey Məbud, onu Öz qələbənlə yaxala və qüdrətinlə onun qılıncını məndən uzaqlaşdır, onu bir tərəfə məşğul et ki, onunla məşğul qalsın və istədiyi işdə onu aciz et. Ey Məbud, mənim tərəfimdən onun üzərinə dərhal elə bir qarışıqlıq müsəllət et ki, onunla qəzəbim soyusun və o, məni yaxalamaqdan əl çəksin. Ey Məbud, duamı qəbula çatdır, şikayətimin aradan qalxmasını təmin et, zalımlara hədələdiyin şeylə onu tezliklə tanış et və çarəsizlərin duasını qəbul etməyi vəd etdiyin şeylə məni agah et. Şübhəsiz ki, Sən böyük fəzl sahibi və ən yaxşı ehsan edənsən.

Beləliklə, o adamlar qalxıb getdilər və bir daha yalnız Abbasi xəlifəsi Musa ibn Mehdinin ölüm xəbərini oxumaq məqsədilə bir yerə toplaşdılar.

(Məclisi, “Biharul-ənvar”, 91-ci cild, səhifə 319; Qummi, “Məfatihul-cinan”, səhifə 184)

Sayğac, səs və oflayn oxu tətbiqdədir.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

Get it on Google PlayTezlikləDownload on the App Store