İmam Səccadın (ə) hirzi — ərəb mətni və tərcümə | Sadaat
Skip to content

İmam Səccadın (ə) hirzi

Şəfa duaları

İmam Səccadın (ə) hirzi

بِسْمِ اللہ الرَّحْمٰنِ الرَّحِیم بِسْمِ اللہ وَبِالله سَدَدْتُ أَفْواهَ الْجِنِّ الْاِنْسِ وَالشَّیاطِینِ وَالسَّحَرَةِ وَالْاَبالِسَةِ مِنَ الْجِنِّ وَالْاِنْسِ وَالسَّلاَطِینِ وَمَنْ یَلُوذُ بِهِمْ، بِالله الْعَزِیزِ الْاَعَزِّ وَبِالله الْکَبِیرِ الْاَکْبَرِ بِسْمِ اللہ الظَّاهِرِ الْباطِنِ الْمَکْنُونِ الْمَخْزُونِ الَّذِی أَقامَ بِهِ السَّمٰوَاتِ وَالْاَرْضَثُمَّ اسْتَوَی عَلَی الْعَرْشِ بِسْمِ اللہ الرَّحْمٰنِ الرَّحِیمِ وَوَقَعَ الْقَوْلُ عَلَیْهِمْ بِما ظَلَمُوا فَهُمْ لاَ یَنْطِقُونَ قالَ اخْسَیُوا فِیها وَلاَ تُکَلِّمُونِ وَعَنَتِ الْوُجُوهُ لِلْحَیِّ الْقَیُّوْمِ، وَقَدْ خابَ مَنْ حمل ظُلْماً وَخَشَعَتِ الْأَصواتُ لِلرَّحْمنِ فَلا تَسْمَعُ إلاَّ هَمْساً وَجَعَلْنا عَلَی قُلُوبِهِمْ أَکِنَّةً أَنْ یَفْقَهُوهُ وَفِی آذانِهِمْ وَقْراً، وَ إذا ذَکَرْتَ رَبَّکَ فِی الْقُرْآنِ وَحْدَهُ وَلَّوْا عَلَی أَدْبارِهِمْ نُفُوراً وَ إذا قَرَأْتَ الْقُرْآنَ جَعَلْنا بَیْنَکَ وَبَیْنَ الَّذِینَ لاَ یُؤْمِنُونَ بِالْاَخِرَةِ حِجاباً مَسْتُوراً وَجَعَلْنا مِنْ بَیْنِ أَیْدِیهِمْ سَدّاً وَمِنْ خَلْفِهِمْ سَدّاً فَأَغْشَیْناهُم فَهُمْ لاَ یُبْصِرُونَ الْیَوْمَ نَخْتِمُ عَلَی أَفْواهِهِمْ وَتُکَلِّمُنا أَیْدِیهِمْ فَهُمْ لاَ یَنْطِقُونَ لَوْ أَنْفَقْتَ مَا فِی الْاَرْضِ جَمِیعاً مَا أَلَّفْتَ بَیْنَ قُلُوبِهِمْ، وَلَکِنَّ اللّٰهَ أَلَّفَ بَیْنَهُمْ إنَّهُ عَزِیزٌ حَکِیمٌ وَصَلَّی اللّٰهُ عَلَی مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِین

Tərcümə: Mərhəmətli, rəhmli Allahın adı ilə. Allahın adı ilə, Allahın zatı ilə cinlərin, insanların, şeytanların və sehrbazların, həmçinin cinlər, insanlar və hakimlər içindən olan iblislərin və onların himayəsində olanların ağzını bağladım – Qalib və ən Qalib olan Allahla, Böyük və ən Böyük olan Allahla, Allahın o adı ilə (yəni Əlinin (ə) adı ilə) ki, zahir və batin və gizli xəzinədir, onunla göyləri və yeri bərqərar etdi, sonra Ərşə yönəldi. Mərhəmətli, rəhmli Allahın adı ilə. Zülm etdiklərinə görə əzab hökmü onların üzərində tamamlandı, artıq onlar danışa da bilməyəcəklər. Allah buyuracaq: “Oraya düşün və dil açmayın.” Bütün üzlər o Diri və Daim Var olana boyun əydi. Zülm yükü gətirən ziyana uğradı. Səslər Rəhman Allahın qarşısında titrəyir, sən pıçıltıdan başqa bir şey eşitməzsən. Biz onların qəlblərinə örtük qoyduq ki, anlamasınlar və qulaqlarını kar etdik. Sən Quranda yeganə Rəbbini zikr edəndə kafirlər nifrətlə arxaya qaçarlar. Sən Quran oxuyanda səninlə axirətə iman gətirməyənlər arasında ağır bir pərdə çəkərik. Biz onların önündə bir sədd və arxalarında bir sədd qoyduq, sonra onları yuxarıdan örtdük, artıq görə bilmirlər. Bu gün onların dodaqlarına möhür vurarıq və əlləri bizə hər şeyi deyəcək, çünki özləri danışa bilməyəcəklər. Əgər yer üzündə olan hər şeyi xərcləsən də, onların qəlblərində ülfət yarada bilməzsən, lakin Allah onların arasında ülfət yaratdı. Şübhəsiz ki, O, Qüdrətli və Hikmət sahibidir. Ey Allah, Məhəmmədə (s) və onun pak övladına (ə) rəhmət nazil et.

Sayğac, səs və oflayn oxu tətbiqdədir.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

Get it on Google PlayTezlikləDownload on the App Store