İmam Əli Rzanın (ə) hirzi
Bu, İmam Əli Rzanın (ə) hirzidir. Yeddinci Abbasi xəlifəsi məlun Məmun Rəşidin xidmətçisi Yasirdən rəvayət olunur: İmam (ə) Həmid ibn Qəhtəbənin (o, Abbasi dövrünün hərbi sərkərdələrindən idi, İraq ilə Şam arasındakı Cəzirə bölgəsinə hakim təyin edilmişdi) sarayına təşrif apardıqda orada paltarını çıxarıb Həmidə verdi. Həmid həmin paltarı yumaq üçün kənizinə verdi. Bir az sonra kəniz qayıtdı, əlində bir kağız var idi, onu Həmidə verib dedi: “Bu kağızı Əbül-Həsənin (ə) cibindən çıxardım.” Bunun üzərinə Həmid İmama (ə) dedi:
“Sizə qurban olum, bu kəniz sizin paltarınızda bir kağız tapıb.” O həzrət (ə) buyurdu:
“Bu, həmişə yanımda saxladığım həmayildir.”
Həmid ərz etdi: “Mümkündürmü ki, bizə də bununla şərəf bəxş edəsiniz?”
İmam (ə) buyurdu: “Bu elə bir həmayildir ki, kim onu boynunda saxlasa, bəlalar və müsibətlər ondan uzaq olar. Bu həmayil qovulmuş şeytandan qoruyandır.” Sonra o həzrət (ə) Həmidin qarşısında bu həmayili oxudu və həmin həmayil budur:
بِسْمِ اللہ الرَّحْمٰنِ الرَّحِیمِ بِسْمِ اللہ إنِّی أَعُوذُ بِالرَّحْمٰن مِنْکَ إنْ کُنْتَ تَقِیّاً أَوْ غَیْرَ تَقِیٍّ أَخَذْتُ بِالله السَّمِیعِ الْبَصِیرِ عَلَی سَمْعِکَ وَبَصَرِکَ لاَ سُلْطانَ لَکَ عَلَیَّ وَلاَ عَلَی سَمْعِی وَلاَ عَلَی بَصَرِی وَلاَ عَلَی شَعْرِی وَلاَ عَلَی بَشَرِی وَلاَ عَلَی لَحْمِی وَلاَ عَلَی دَمِی، وَلاَ عَلَی مُخِّی وَلاَ عَلَی عَصَبِی وَلاَ عَلَی عِظامِی وَلاَ عَلَی مَالِی، وَلاَ عَلَی مَا رَزَقَنِی رَبِّی سَتَرْتُ بَیْنِی وَبَیْنَکَ بِسِتْرِ النُّبُوَّةِ الَّذِی اسْتَتَرَ أَنْبِیاءُ اللّٰهِ بِهِ مِنْ سَطَوَاتِ الْجَبَابِرَةِ وَالْفَرَاعِنَةِ جِبْرَآئِیْلُ عَنْ یَمِینِی وَمِیکائِیلُ عَنْ یَسارِی وَ إسْرافِیلُ عَنْ وَرائِی، وَ مُحَمَّدٌ صَلَّی اللّٰهُ عَلَیْهِ وَآلِهِ أَمَامِی، وَاللہ مُطَّلِعٌ عَلَیَّ یَمْنَعُکَ مِنِّی وَیَمْنَعُ الشَّیْطانَ مِنِّی اَللّٰهُمَّ لاَ یَغْلِبُ جَهْلُهُ أَنَاتَکَ أَنْی وَیَسْتَخِفَّنِی اَللّٰهُمَّ إلَیْکَ الْتَجَأْتُ اَللّٰهُمَّ إلَیْکَ الْتَجَأْتُ اَللّٰهُمَّ إلَیْکَ الْتَجَأْتُ
Tərcümə: Mərhəmətli, rəhmli Allahın adı ilə. Allahın adı ilə, şübhəsiz ki, mən səndən Allaha sığınıram, istər təqvalı olasan, istərsə də təqvalı olmayasan. Eşidən və görən Allah vasitəsilə sənin qulaqlarını və gözlərini bağladım. Artıq nə mənim üzərimdə sənin bir ixtiyarın var, nə qulaqlarım üzərində, nə gözlərim üzərində, nə tüklərim üzərində, nə dərim üzərində, nə ətim üzərində, nə qanım üzərində, nə beynim üzərində, nə əzələlərim üzərində, nə də sümüklərim üzərində sənin ixtiyarın var; nə malım üzərində, nə də Rəbbimin verdiyi şeylər üzərində sənin heç bir ixtiyarın var. Özümlə sənin aranda nübüvvət pərdəsi ilə pərdə çəkdim – Allahın peyğəmbərlərinin zorakıların və fironların hücumlarından özlərini onunla örtdükləri pərdə ilə. Beləliklə, Cəbrayıl (ə) sağımda, Mikayıl (ə) solumda, İsrafil (ə) arxamda, Allahın Rəsulu Məhəmməd (s) isə önümdədir. Allah mənim qoruyucumdur, O, məni səndən uzaq edəcək və şeytanı məndən kənarlaşdıracaq. Ey Məbud, onun nadanlığı Sənin hilminə qalib gəlməsin ki, mənim üzərimə hücum edib məni xar etsin. Ey Məbud, mən Sənin pənahındayam, ey Məbud, mən Sənin pənahındayam, ey Məbud, mən Sənin pənahındayam.
Bu hirz barədə qəribə bir hekayət nəql olunmuşdur ki, onu Əbdüssəlam ibn Saleh (Xacə Əbu Səlt Hərəvi adı ilə tanınan, İmam Əli Rzanın (ə) xüsusi səhabələrindən olan şəxs) rəvayət etmişdir. Əbu Səlt deyir:
Bir gün mövlam İmam Əli Rza (ə) öz evində oturmuşdu ki, bu vaxt yeddinci Abbasi xəlifəsi məlun Məmun Rəşidin qasidi onun hüzuruna gəlib dedi: “Xəlifə sizi çağırır.” İmam (ə) qalxdı və mənə buyurdu: “Bu vaxt o, məni ağır bir iş üçün çağırtdırır, lakin Allaha and olsun ki, o, mənə heç bir zərər yetirə bilməz – böyük babam Allahın Rəsulu Həzrət Məhəmməddən (s) mənə çatan kəlmələrə görə.”
Əbu Səlt deyir ki, mən də İmamla (ə) birlikdə xəlifə Məmunun yanına getdim. İmamın (ə) nəzəri Məmuna düşəndə o həzrət (ə) bu hirzi axıra qədər oxudu. O həzrət (ə) onun qarşısında dayananda Məmun ona baxıb dedi: “Ya Əbəl-Həsən (ə), adamlarıma əmr etdim ki, sizə yüz min dirhəm versinlər, digər ehtiyaclarınızı da yazın.” Sonra İmam (ə) geri dönəndə Məmun onun arxasınca baxdı və dedi: “Mən bir şey istədim, Allah da bir şey istədi, lakin Allahın istədiyi daha yaxşı idi.”