Ağız ağrısı üçün həmayil
İmam Cəfər Sadiq (ə) buyurur ki, ağız ağrısını aradan qaldırmaq üçün əlini ağrı olan yerə qoysun
və bu duanı oxusun:
بِسْمِ اللہ الرَّحْمٰنِ الرَّحِیمِ بِسْمِ اللہ الَّذِی لاَ یَضُرُّ مَعَ اسْمِهِ دائٌ أَعُوذُ بِکَلِماتِ اللہ الَّتِی لاَ یَضُرُّ مَعَها شَیْئٌ قُدُّوسٌ قُدُّوسٌ قُدُّوسٌ أَسْأَلُکَ یَا رَبِّ بِاسْمِکَ الطَّاهِرِ الْمُقَدَّسِ الْمُبارَکِ الَّذِی مَنْ سَأَلَکَ بِهِ أَعْطَیْتَهُ وَمَنْ دَعَاکَ بِهِ أَجَبْتَهُ أَسْأَلُکَ یَا اللہ یَا اللہ یَا اللہ أَنْ تُصَلِّیَ عَلَی مُحَمَّدٍ النَّبِیِّ وَأَهْلِ بَیْتِهِ وَأَنْ تُعافِیَنِی مِمَّا أَجِدُ فِی فَمِی وَفِی رَأْسِی وَفِی سَمْعِی وَفِی بَصَرِی وَفِی بَطْنِی وَفَِی ظَهْرِی وَفِی یَدِی وَفِی رِجْلی وَفِی جَوَارِحِی کُلِّها
Tərcümə: Mərhəmətli, rəhmli Allahın adı ilə. O Allahın adı ilə ki, Onun adı olduğu halda xəstəlik əziyyət verə bilməz. Allahın kəlmələrinə (fasiləsiz olaraq Əmirəlmöminin Əlidən (ə) Mehdiyə (ə.f.) qədər) sığınıram ki, onlar olduğu halda heç bir şey zərər yetirə bilməz. O, pakdır, pakdır, pakdır. Ey Pərvərdigar, Səndən pakların pakı və bərəkətli olan adının (yəni Əlinin (ə) adının) haqqı ilə istəyirəm – o ad ki, kim onun vasitəsilə Səndən istəsə, ona əta edirsən, kim onun vasitəsilə Səni çağırsa, onu eşidirsən. Səndən istəyirəm, ya Allah, ya Allah, ya Allah, Öz Peyğəmbərin Məhəmmədə (s) və onun Əhli-beytinə (ə) rəhmət nazil edəsən və məni ağzımda, başımda, qulaqda, gözlərdə, qarında, belimdə, əllərimdə, ayaqlarımda və bütün əzalarımda olan xəstəliklərdən qoruyasan.
Bundan sonra Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) salavat göndərsin və Məhəmməd (s) və Ali-Məhəmmədin (ə) düşmənlərinə lənət etsin.
İnşallah, şəfa tapar.