Qaşınma və çibanlar üçün həmayil
Quru qaşınma, qanlı qaşınma (dəmrov) və çibanlar və s. barədə rəvayət olunur ki, xəstənin üzərinə bu dua oxunsun və yazılıb onun boynuna asılsın:
بِسْمِ اللہ الرَّحْمنِ الرَّحِیمِ وَمَثَلُ کَلِمَةٍ خَبِیثَةٍ کَشَجَرَة خَبِیثَةٍ اجْتُثَّتْ مِنْ فَوْقِ الْاَرْض مَالَهَا مِنْ قَرَارٍ مِنْهَا خَلَقْنَاکُمْ وَفِیهَا نُعِیدُکُم وَمِنْها نُخْرِجُکُمْ تَارَةً أُخْریٰ اللہ أَکْبَرُ وَأَنْتَ لاَ تُکَبَّرُ اللہ یَبْقَی وَأَنْتَ لاَتَبْقَیٰ وَاللہُ عَلَی کُلِّ شَیْئٍ قدِیرٌ
Tərcümə: Mərhəmətli, rəhmli Allahın adı ilə. Pis kəlmənin misalı pis ağac kimidir ki, kökü yerin üstündə olur və buna görə də möhkəm və sabit deyil. Biz sizi yerdən yaratdıq, ona qaytaracağıq və sizi yenidən ondan çıxaracağıq. Allah ən böyükdür, sən isə (ey xəstəlik) böyüklük sahibi deyilsən. Allah baqi qalacaq, sən isə baqi qalan deyilsən və Allah hər şeyə qadirdir.
Bundan sonra Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) salavat göndərsin və Məhəmməd (s) və Ali-Məhəmmədin (ə) düşmənlərinə lənət etsin.