Baş və qulaq ağrısı üçün həmayil
İmam Məhəmməd Baqirdən (ə) rəvayət olunur ki, baş ağrısını dayandırmaq üçün əlini başına çəkərək yeddi dəfə bu duanı oxusun:
أَعُوذُ بِاللَّهِ الَّذِي سَكَنَ لَهُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ وَمَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
Tərcümə: Əmri ilə quruda və suda, göylərdə və yerdə olan hər şeyin sabit durduğu Allaha sığınıram və O, Eşidən və Biləndir.
İmam Cəfər Sadiqdən (ə) rəvayət olunur ki, qulaq ağrısı üçün də elə bu dua yeddi dəfə oxunsun. Həmçinin o həzrətdən (ə) nəql olunur ki, çox köhnə pendir götürüb onu narın döysün və südə qatsın, sonra odda isidib yumşaltsın, sonra kimin qulağında ağrı varsa, onun qulağına bundan bir neçə damcı damızdırsın.
Bundan sonra Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) salavat göndərsin və Məhəmməd (s) və Ali-Məhəmmədin (ə) düşmənlərinə lənət etsin.