Baş ağrısı üçün həmayil — ərəb mətni və tərcümə | Sadaat
Skip to content

Baş ağrısı üçün həmayil

Şəfa duaları

Baş ağrısı üçün həmayil

Bir qabda su götürsün və onun üzərinə bu ayəni oxusun:

اَوَ لَمْ یَرَ الَّذِیْنَ كَفَرُوْۤا اَنَّ السَّمٰوٰتِ وَ الْاَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنٰاهُمَا ؕ وَ جَعَلْنَا مِنَ الْمَآءِ كُلَّ شَیْءٍ حَیٍّ ؕ اَفَلَا یُؤْمِنُوْنَ

(Ənbiya surəsi, 30-cu ayə, 17-ci cüz)

Tərcümə: Məgər kafirlər görmədilər ki, yer və göy bir-birinə bitişik idi, Biz onları bir-birindən ayırdıq və hər bir canlı şeyi sudan yaratdıq? Məgər yenə də iman gətirməyəcəklər?

Sonra həmin suyu içsin.

Rəvayət olunmuşdur ki, Peyğəmbəri-Əkrəmin (s) nə vaxt bir ağrısı və ya əziyyəti olsaydı, o həzrət (s) əllərini açıb Fatihə surəsini və Muavvizəteyni (Qurani-Məcidin son iki surəsinə – Fələq və Nas surələrinə birlikdə مُعَوِّذَتَیُن deyilir) oxuyar, sonra əllərini mübarək üzünə çəkərdi və bununla bütün əziyyətlər aradan qalxardı.

Həmçinin baş ağrısını aradan qaldırmaq üçün insan əlini başına çəkərək desin:

اِنَّ اللّٰهَ یُمْسِكُ السَّمٰوٰتِ وَ الْاَرْضَ اَنْ تَزُوْلَا وَ لَىٕنْ زَالَتَاۤ اِنْ اَمْسَكَهُمَا مِنْ اَحَدٍ مِّنْۢ بَعْدِهٖ ؕ اِنَّهٗ كَانَ حَلِیْمًا غَفُوْرًا

(Fatir surəsi, 41-ci ayə, 22-ci cüz)

Tərcümə: Şübhəsiz ki, Allah göyləri və yeri yerindən çıxmasınlar deyə saxlayır. Əgər onlar yerindən çıxsalar, Ondan başqa heç kəs onları saxlaya bilməz. Şübhəsiz ki, O, Həlim və Bağışlayandır.

Bundan sonra Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) salavat göndərsin və Məhəmməd (s) və Ali-Məhəmmədin (ə) düşmənlərinə lənət etsin.

“Rəbiul-əbrar”dan nəql olunmuşdur ki, Tərsus (Şamda bir şəhər) adlı yerdə Abbasi xəlifəsi məlun Məmun Rəşidin baş ağrısı başladı. O, çox müalicə etdisə də, yaxşılaşmadı. Onda Rum qeysəri onun üçün bir papaq göndərdi və yazdı: “Mənə məlum oldu ki, sizin baş ağrısı xəstəliyiniz var. Bu papağı göndərirəm, onu başınıza qoyun, ağrı keçib gedəcək.”

Məmun qorxdu ki, birdən bu papağa zəhər qoyulmuş olar, buna görə də əmr etdi ki, onu gətirən adamın öz başına qoysunlar. Ona heç bir zərər dəymədiyini görəndə həmin papağı başı ağrıyan bir şəxsin başına qoydular.

Beləliklə, onun ağrısı keçdi. Bundan sonra Məmun həmin papağı öz başına qoydu və ağrısı sağaldı. Buna təəccüb etdi və papağın tikişini söküb baxdı, onun içində bunun yazıldığını gördü:

بِسْمِ اللہ الرَّحْمنِ الرَّحِیمِ کَمْ مِنْ نِعْمَةٍ لِلّٰهِ فِی عِرْقٍ ساکِنٍ حمَ عَسَق لاَ یُصَدَّعُونَ عَنْها وَلاَ یُنْزِفُونَ مِنْ کَلامِ الرَّحْمٰنِ خَمَدَتِ النِّیرَانُ وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إلاَّ بِالله، وَجالَ نَفْعُ الدَّوَائِ فِیکَ کَما یَجُولُ مائُ الرَّبِیعِ فِی الْغُصْنِ

Tərcümə: Mərhəmətli, rəhmli Allahın adı ilə. Allahın nə qədər nemətləri damarda saxlanılıb. حٰم عٓسٓق. Bununla onların nə başı ağrıyar, nə də qanı axar. Allahın kəlamı ilə yanan od soyuyar. Allahdan başqa heç bir hərəkət və qüvvət yoxdur. Dərmanın faydası sizin içinizə bahar yağışının suyunun budaqlara getdiyi kimi gedir.

Sayğac, səs və oflayn oxu tətbiqdədir.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

Get it on Google PlayTezlikləDownload on the App Store