Qarın ağrısı və sancı üçün həmayil
Rəvayətdə gəlmişdir ki, bir şəxs Allahın Rəsulu Həzrət Məhəmmədin (s) hüzuruna gəldi və qardaşının qarın ağrısından şikayət etdi. O həzrət (s) ona buyurdu: “Qardaşına de ki, isti suda bal şərbəti hazırlayıb içsin.” Həmin şəxs getdi və ertəsi gün o həzrətin (s) hüzuruna gəlib ərz etdi: “Ona o şərbəti içirtdim, heç bir yaxşılaşma olmadı.” Həzrət (s) buyurdu:
صَدَقَ اللہ وَکَذَبَ بَطْنُ اَخِیْکَ
(Peyğəmbərin (s) hədisi)
Tərcümə: Allah doğru buyurdu, sənin qardaşının qarnı isə yalan dedi.
“Get, ona bal şərbəti ver və yeddi dəfə Həmd surəsini oxuyub içirt.” Həmin şəxs gedəndən sonra o həzrət (s) Həzrət Əli Mürtəzaya (ə) buyurdu:
“Ya Əli (ə), onun qardaşı münafiqlərdəndir, buna görə də bu şərbət ona fayda vermədi.”
Qeyd: Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) salavat göndərin və Məhəmməd (s) və Ali-Məhəmmədin (ə) düşmənlərinə lənət edin. Bu əməli səhər və axşam mütləq yerinə yetirin, çünki bu şəfa yalnız Əlini (ə) sevənlər üçündür.