Qarın ağrısı üçün həmayil
Allahın Rəsulu Həzrət Məhəmməddən (s) rəvayət olunur ki, qarın ağrısı üçün isti suya bal qatıb onun şərbətini hazırlayıb içsin və yeddi dəfə Həmd surəsini oxusun. Həmçinin Əmirəlmöminin Əli ibn Əbu Talibdən (ə) rəvayət olunur ki, qarın ağrısında isti su içsin və desin:
یَااللہ یَااللہ یَااللہ یَا رَحْمٰنُ یَا رَحِیمُ یَارَبَّ الْاَرْبابِ یَا إلَهَ اَلاَْلِهَةِ، یَا مَلِکَ الْمُلُوکِ یَا سَیِّدَ السَّادَةِ، اشْفِنِی بِشِفائِکَ مِنْ کُلِّ دَاءٍ وَسُقْمٍ فَ إنِّی عَبْدُکَ وَابْنُ عَبْدَیْکَ أَتَقَلَّبُ فِی قَبْضَتِکَ
Tərcümə: Ya Allah, ya Allah, ya Allah, ey çox rəhm edən, ey Mərhəmətli, ey tərbiyə edənlərin Tərbiyəçisi, ey məbudların Məbudu, ey padşahların Padşahı, ey ağaların Ağası! Öz şəfanla mənə hər xəstəlikdən və əziyyətdən şəfa ver, çünki mən Sənin bəndənəm, Sənin iki bəndənin oğluyam və Sənin ixtiyarında o yan-bu yana dönürəm.
Həmçinin qarın ağrısında əlini onun üzərinə qoyub yeddi dəfə desin:
أَعُوذُ بِعِزَّةِ اللَّٰهِ وَجَلاَلِهِ مِنْ شَرِّ مَا أَجِدُ
Tərcümə: Mənə üz vermiş bu ağrıdan Allahın izzətinə və cəlalına sığınıram.
Sonra sağ əlini ağrı olan yerə qoyub üç dəfə desin:
بِسْمِ اللَّٰه
Tərcümə: Allahın adı ilə.
Bundan sonra Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) salavat göndərsin və Məhəmməd (s) və Ali-Məhəmmədin (ə) düşmənlərinə lənət etsin.