Bədnəzərdən qorunmaq üçün həmayil
Rəvayətdə gəlmişdir ki, göz dəyməsinin təsirlərini aradan qaldırmaq üçün اِنْ یَکَادُوْ ayəsini oxusun – bu, Qələm surəsinin ayəsidir.
وَ اِنۡ یَّکَادُ الَّذِیۡنَ کَفَرُوۡا لَیُزۡلِقُوۡنَکَ بِاَبۡصَارِہِمۡ لَمَّا سَمِعُوا الذِّکۡرَ وَ یَقُوۡلُوۡنَ اِنَّہٗ لَمَجۡنُوۡنٌ
(Qələm surəsi, 51-ci ayə, 29-cu cüz)
Tərcümə: Həqiqətən, kafirlər Quranı eşidəndə elə bil ki, öz (həsəd dolu pis) nəzərləri ilə sənə zərər yetirmək (səni büdrətmək) istəyirlər və deyirlər: “Bu, divanədir!” (Allah eləməsin).
Həmçinin İmam Cəfər Sadiqdən (ə) rəvayət olunur ki, kim qorxsa ki, kiməsə göz dəyəcək, ya da ona kiminsə gözü dəyəcək, üç dəfə desin:
مَا شاءَ اللہ لاَ قُوَّةَ إلاَّ بِالله الْعَلِیِّ الْعَظِیمِ
Tərcümə: Allah nə istəsə, o olar. Uca və Əzəmətli Allahdan başqa heç bir qüvvət (güc) yoxdur.
Rəvayətdə gəlmişdir ki, kim özünü bəzəyib-düzəyib çölə çıxsa, Fələq və Nas surələrini oxusun, inşallah, heç bir şey ona zərər yetirməz. Həmçinin göz dəyməsindən qorunmaq üçün iki əlini üzünün qarşısında qaldırıb Həmd, Tövhid, Fələq və Nas surələrini oxusun və əllərini başının ön hissəsinə çəksin.
(Göz dəyməsinin ikinci həmayili)
اَللّٰهُمَّ رَبَّ مَطَرٍ حَابِسٍ وَ حَجَرَ يَابِسِ وَ لَیْلِ دَامِسِ وَ رَطْبٍ وَ یَابِسٍ رُدَّ عَیْنَ الْعَایِنِ عَلَیْهِ فِی کَبِدِهِ وَ نَحْرِهِ وَ مالِهِ فَارْجِعِ الْبَصَرَ هَلْ تَریٰ مِنْفَطُور ثُمَّ ارْجِعِ الْبَصَرَ کَرَّتَیْنِ یَنْقَلِبْ إلَیْکَ الْبَصَرُخَاسِئا وَهُوَ حَسِیرٌ
Tərcümə: Ey Məbud, ey dayanmış yağışın, quru daşın, qaranlıq gecənin və hər quru və yaş şeyin Pərvərdigarı! Göz dəyənin nəzərini onun ciyərinə, boynuna və malına qaytar. Gözünü qaldırıb bax, heç bir yarıq görürsənmi? Sonra yenidən gözünü qaldırıb bax, hər dəfə nəzərin yorğun və aciz halda sənə qayıdacaq.
(Göz dəyməsindən qorunmaq üçün başqa bir həmayil)
Göz dəyməsindən qorunmaq üçün bunu oxusun:
اللَّهُمَّ ذَا السُّلْطَانِ الْعَظِیْمِ وَالْمَنِّ الْقَدِیمِ وَالْوَجْهِ الْكَرِیمِ ذَا الْكَلِمَاتِ التَّامَّاتِ وَالدَّعَواتِ الْمُسْتَجَابَاتِ عَافِ فُلانًا مِنْ أَنْفُسِ الْجِنِّ وَأَعْیُنِ النَّاسِ
Tərcümə: Ey Məbud, ey böyük səltənətin Sahibi, ey qədim ehsan sahibi, ey əta edən Zat, ey kamil və tam kəlmələrin və qəbul olunmuş duaların Sahibi və Maliki! Filan şəxsi cinlərin üfürmələrindən və insanların nəzərlərindən qoru.
Bu, o həmayildir ki, Allahın Rəsulu Həzrət Məhəmməd (s) onu Həsəneyn (ə) üçün oxumuşdu və həmçinin səhabələrinə buyurmuşdu: “Siz də öz övladlarınızı mütləq bu həmayillə qoruyun.”