Əqrəbdən qorunmaq üçün həmayil
Rəvayət olunmuşdur ki, “Süha” ulduzu – o, Nəbatun-Nə’ş (ərəbcə Bənatun-Nə’ş, ingiliscə Big Dipper adlanan ulduz topasının adıdır)
ulduzlarının ortadakı ulduzu ilə yanaşı olur – ona diqqətlə baxsın və üç dəfə bu duanı oxusun:
اللَّهُمَّ رَبَّ أَسْلِمْ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَعَجِّلْ فَرَجَهُمْ وَسَلِّمْنَا مِنْ شَرِّ كُلِّ ذِي شَرٍّ
Tərcümə: Ey Allah! Ey çox salamatlıq verən Rəbb! Məhəmmədə (s) və Ali-Məhəmmədə (ə) rəhmət et, onların (ə) fərəcini (rəc’ət, zühur) tezləşdir və bizi hər əziyyət verənin şərrindən qoru.
Həmçinin rəvayət olunmuşdur ki, adı çəkilən ulduza nəzər salsın və üç dəfə desin:
اللَّهُمَّ رَبَّ هُودِ بْنِ أُسَيَّةَ آمِنِّي شَرَّ كُلِّ عَقْرَبٍ وَحَيَّةٍ
Tərcümə: Ey Məbud, ey Hud ibn Asiyənin Pərvərdigarı, məni hər əqrəbin və ilanın şərrindən amanda saxla.
Beləliklə, hansı gecə bu əməli etsə, o gecə ilanın və əqrəbin sancmasından amanda qalacaq.
Əqrəbin şərrindən qorunmaq üçün oxusun:
سَلامٌ عَلَی نُوحٍ فِی الْعالَمِینَ إنَّا کَذلِکَ نَجْزِی الْمُحْسِنِینَ إنَّهُ مِنْ عِبادِنَا الْمُؤمِنِینَ
(Saffat surəsi, 79–81-ci ayələr, 23-cü cüz)
Tərcümə: Bütün aləmlərdə Nuha (ə) salam olsun! Şübhəsiz ki, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən, o, Bizim iman sahibi olan bəndələrimizdən idi.
Rəvayət olunmuşdur ki, Həzrət Nuh (ə) gəmiyə minəndə əqrəbin gəmiyə minməsinin qarşısını aldı. Onda əqrəb dedi: “Sizə (ə) söz verirəm ki, kim
سَلامٌ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَعَلَی نُوحٍ فِی الْعالَمِینَ
Tərcümə: Həzrət Məhəmməd Mustafaya (s) və onun Alinə (ə) və bütün dünyalarda, aləmlərdə Həzrət Nuha (ə) salam olsun
desə, mən onu heç vaxt sancmaram.”
Həmçinin bəzi hədislərdə gəlmişdir ki, əqrəbin və ya hər hansı zəhərli heyvanın sancdığı yerə duz sürtməklə zəhərin təsiri aradan qalxar.