Şeytani vəsvəsələrdən qorunmaq üçün həmayil
Rəvayət olunur ki, bu barədə Allaha sığınsın və desin:
آمَنْتُ بِالله وَ بِرَسُولِه (وَ امیرالمومنینؑ علیؑ) مُخْلِصاً لَهُ الدِّینَ
Tərcümə: Allaha və Onun Rəsuluna (s) (və fasiləsiz və ardıcıllıqla Əmirəlmöminin Əlidən (ə) Mehdiyə (ə.f.) qədər İmamlara) iman gətirdim və dini yalnız Ona xalis edirəm.
Şeyx Mufid Allahın Rəsulu Həzrət Məhəmməddən (s) rəvayət edir ki, o həzrət (s) buyurdu:
Şeytan iki növdür:
Birincisi cin şeytanıdır ki,
وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ
Tərcümə: Uca və Əzəmətli Allahdan (Əliyyül-Əzim) başqa heç bir güc və qüvvət yoxdur.
– deməklə uzaqlaşır.
İkincisi insan şeytanıdır
ki, Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) salavat göndərməklə qaçır.
Namazda vəsvəsələri aradan qaldırmaq üçün “hədisi-nəfs” namazına müraciət edin.