Epilepsiya tutmalarından qorunmaq üçün həmayil
İmam Əli Rza (ə) barədə rəvayət olunur ki, o həzrət (ə) qıcolma tutmuş bir epilepsiya xəstəsini gördü. Onda bir cam su istədi, onun üzərinə Həmd, Fələq və Nas surələrini oxuyub üfürdü, sonra əmr etdi ki, bu su onun başına və üzünə səpilsin. Beləliklə, həmin şəxs özünə gəldi. O həzrət (ə) ona buyurdu: “Artıq bu xəstəlik heç vaxt sənə yaxınlaşmayacaq.”