Göz ağrısının çarəsi
Bir çox rəvayətlərdə deyilir ki, göz ağrısını aradan qaldırmaq üçün sübh və məğrib namazlarından sonra bu duanı oxusun:
اللَّهُمَّ إنِّی أَسْأَلُکَ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ عَلَیْکَ أَنْ تُصَلِّیَ عَلَی مُحَمَّدٍ وَآل مُحَمَّدٍ وَأَنْ تَجْعَلَ ا لنُّورَفِی بَصَرِی وَالْبَصِیرَةَ فِی دِینِی وَالْیَقِینَ فِی قَلْبِی وَالْاِخْلاصَ فِی عَمَلِی وَالسَّلامَةَ فِی نَفْسِی وَالسَّعَةَ فِی رِزْقِی وَالشُّکْرَ لَکَ أَبَداً مَا أَبْقَیْتَنِی
Tərcümə: Ey Məbud, Məhəmməd (s) və Ali-Məhəmmədin (ə) Sənin üzərində olan haqqı vasitəsilə Səndən istəyirəm ki, Məhəmmədə (s) və Ali-Məhəmmədə (ə) rəhmət edəsən, gözlərimə nur verəsən, dinimdə mənə anlayış bəxş edəsən, qəlbimdə yəqin yaradasan, əməlimə ixlas verəsən, qəlbimi arxayın saxlayasan, ruzimi genişləndirəsən və nə qədər ki, sağam, məni Özünə şükür edən saxlayasan.
Bundan sonra Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) salavat göndərsin və Məhəmməd (s) və Ali-Məhəmmədin (ə) düşmənlərinə lənət etsin.
Həmçinin Bəzənti Yunus ibn Zəbyandan rəvayət edir ki, biz İmam Cəfər Sadiqin (ə) hüzuruna gəldik və gördük ki, o həzrətin (ə) gözlərində şiddətli ağrı var. Bu halı görüb çox kədərləndik. Lakin ertəsi gün onun (ə) yanına gələndə gördük ki, gözləri tamamilə sağalıb. Ərz etdik: “Sizə (ə) qurban olaq, gözlərinizi nə ilə müalicə etdiniz?” Buyurdu: “Müalicə vasitələrindən biri ilə müalicə etdik.” Soruşduq: “O nədir?” Buyurdu: “O, yazdığımız bir həmayil idi və o, budur:”
أَعُوذُ بِعِزَّةِ اللہ ،وَأَعُوذ بِقُوَّةِ اللہ وَأَعُوذُ بِقُدْرَةِ اللہ ، وَأَعُوذُ بِنُورِ اللہ وَأَعُوذُ بِعَظَمَةِ اللہ وَأَعُوذُ بِجَلالِ اللہ وَأَعُوذُ بِجَمالِ اللہ وَأَعُوذُ بِبَهائِ اللہ وَأَعُوذُ بِجَمْعِ اللہ بِکُلِّ اللہ وَأَعُوذُ بِعَفْوِ اللہ ، وَأَعُوذُ بِغُفْرَانِ اللہ ، وَأَعُوذُ بِرَسُولِ اللہ وَأَعُوذُ بِآلاَءِمَّةِ
Burada hər bir İmamın adını çəkdi və sonra buyurdu:
عَلَی مَا تَشَائُ مِنْ شَرِّ مَا أَجِدُ، اللَّهُمَّ رَبَّ الْمُطِیعِینَ أُعِیذُ نُورَ بَصَرِی بِنُورِ اللہ الَّذِی لاَ یُطْفَأ
Tərcümə: Allahın izzətinə sığınıram, Allahın qüvvətinə sığınıram, Allahın qüdrətinə sığınıram, Allahın nuruna sığınıram, Allahın böyüklüyünə, Allahın heybətinə sığınıram, Allahın gözəlliyinə sığınıram, Allahın parlaqlığına sığınıram və Allahın hər şeyinə sığınıram. Soruşduq: “Allahın hər şeyi nədir?” O həzrət (ə) buyurdu: “Allahın hər şeyi ilə sığınıram, Allahın əfvinə sığınıram, Allahın bağışlamasına sığınıram, Allahın Rəsuluna (s) sığınıram və məsum İmamlara (ə) sığınıram.”
Burada hər bir İmamın (ə) adını çəkdi və sonra buyurdu:
“Hiss etdiyim əziyyətə qarşı sığınıram, ey Məbud, itaət edənlərin Rəbbinə.”
Bundan əlavə, göz ağrısı üçün belə də gəlmişdir ki, gözün üzərinə Ayətəl-kürsi oxusun və qəlbində yəqin etsin ki, ağrı keçəcək. Əgər Ayətəl-kürsini oxumazdan əvvəl əllərini gözlərinin üstünə qoyub bu duanı oxusa, bu da düzgündür:
“Gözlərimin nurunu sönməyən Allahın nurunun pənahına verirəm.”
Bu, görmə zəifliyi üçün də faydalıdır. Həmçinin görmə zəifliyini və gecə korluğunu aradan qaldırmaq üçün Nur ayəsini bir neçə dəfə bir qabın üzərinə yazıb yusun, həmin suyu bir şüşəyə töküb mil ilə gözlərinə çəksin. Həmçinin rəvayətdə deyilir ki, kim Quranı baxaraq (nazirə) oxusa, bundan onun gözlərinə fayda yetişər və görməsi yaxşı qalar. Kim hər gün
فَجَعَلْنَاهُ سَمِیْعاً بَصِيْراً
(İnsan surəsi, 2-ci ayə, 29-cu cüz)
Tərcümə: Beləliklə, onu eşidən və görən etdik,
desə, onun gözləri hər bəladan amanda qalar.
Şeyx Kəfəmi buyurur ki, göz ağrısı və bədənin bütün əzalarının ağrıları üçün İmam Musa Kazıma (ə) təvəssül etmək təcrübədən keçirilmiş və sınanmışdır.
Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) salavat göndərsin və Məhəmməd (s) və Ali-Məhəmmədin (ə) düşmənlərinə lənət etsin.