Cinlərin şərindən qorunma — ərəb mətni və tərcümə | Sadaat
Skip to content

Cinlərin şərindən qorunma

Şəfa duaları

Cinlərin şərindən qorunma

Cinlərin şərrindən qorunmaq üçün evdə xoruz, göyərçin və qoyun-keçi balası saxlamaq faydalıdır. Həmçinin səfərdə səhralarda və qorxulu yerlərdə cinlərin şərrindən qorunmaq üçün də faydalıdırlar. İmam Cəfər Sadiqdən (ə) rəvayət olunur ki, iki əlini başının üstünə qoyub uca səslə desin:

أَفَغَيْرَ دِينِ اللَّهِ يَبْغُونَ وَلَهُ أَسْلَمَ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ

(Ali-İmran surəsi, 83-cü ayə, 3-cü cüz)

Tərcümə: Məgər onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona boyun əyiblər və Ona tərəf qaytarılacaqlar.

Həmçinin səhralar, meşələr və qorxulu yerlər barədə rəvayət olunur ki, orada uca səslə azan deyilsə (Əlinin (ə) vilayətinin zikr olunduğu azan), cinlərdən qorunmaq olar.

Sayğac, səs və oflayn oxu tətbiqdədir.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

Get it on Google PlayTezlikləDownload on the App Store