Korluq, cüzam, dəlilik, yoxsulluq və digər bəlalardan qorunma — ərəb mətni və tərcümə | Sadaat
Skip to content

Korluq, cüzam, dəlilik, yoxsulluq və digər bəlalardan qorunma

Şəfa duaları

Korluq, cüzam, dəlilik, yoxsulluq və digər bəlalardan qorunma

“Təhzib” kitabında rəvayət olunur ki, kim sübh namazından sonra aşağıdakı duanı on (10) dəfə oxusa, Haqq-Taala onu korluqdan, divanəlikdən, cüzamdan, yoxsulluqdan, tavan altında qalmaqdan və qocalıqda huşunu itirməkdən qoruyar:

سُبْحَانَ ﷲِ الْعَظِیْمِ وَبِحَمْدِہٖ

Pakdır Uca Allah və bütün tərif Ona məxsusdur

وَلاَ حَوْلَ وَلاَ قُوَّۃَ إِلَّا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ

və Uca və Əzəmətli Allahdan gələndən başqa heç bir hərəkət və qüvvət yoxdur.

Həmçinin Şeyx Kuleyni Həzrət İmam Cəfər Sadiqdən (ə) rəvayət edir ki, kim sübh namazından və məğrib namazından sonra aşağıdakı duanı yeddi (7) dəfə oxusa, Haqq-Taala ondan yetmiş (70) növ bəlanı uzaqlaşdırar ki, onların ən yüngülü zəhərli şiş, pes və divanəlik və s.-dir. Əgər o, bədbəxtdirsə, onu bu zümrədən çıxarıb xoşbəxt və səadətli insanların sırasına daxil edərlər.

بِسْمِ ﷲِ الرَّحْمٰنِ الرَّحِیْمِ

لَا حَوْلَ وَلَا قُوَّۃَ اِلَّا بِاللہِ الْعَلِیِّ الْعَظِیْمِ

Böyük və Uca Allahdan gələndən başqa heç bir hərəkət və qüvvət yoxdur.

Həmçinin o həzrətdən (s) rəvayət olunur ki, dünya və axirətin uğuru və göz ağrısının aradan qalxması üçün sübh və məğrib namazlarından sonra bu duanı oxuyun:

اَللَّٰھُمَّ اِنِّیْ ٲَسْٲَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ عَلَیْكَ

Allahım! Məhəmməd (s) və Ali-Məhəmmədin (ə) Sənin üzərində olan haqqı vasitəsilə Səndən istəyirəm

صَلِّ عَلٰی مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ

ki, Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) Öz rəhmətini nazil edəsən

وَاجْعَلِ النُّوْرَ فِیْ بَصَرِیْ، وَالْبَصِیْرَۃَ فِیْ دِیْنِیْ

və gözlərimə nur, dinimə bəsirət,

وَالْیَقِیْنَ فِیْ قَلْبِیْ، وَالْاِخْلَاصَ فِیْ عَمَلِیْ

qəlbimə yəqin, əməlimə ixlas,

وَالسَّلَامَۃَ فِیْ نَفْسِیْ، وَالسَّعَۃَ فِیْ رِزْقِیْ

nəfsimə salamatlıq və ruzimə genişlik bəxş edəsən

وَالشُّكْرَ لَكَ ٲَبَدًا مَا ٲَبْقَیْتَنِیْ

və nə qədər ki, sağam, mənə Sənə şükür etmək tövfiqi verəsən.

Sayğac, səs və oflayn oxu tətbiqdədir.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

Get it on Google PlayTezlikləDownload on the App Store