Həzrət Əbülfəzl Abbasın (ə) hirzi
Həzrət Əbülfəzl Abbasdan (ə) feyz almaq (təvəssül) niyyəti ilə iki rəkət namaz qılın.
Namazdan sonra yeddi (7) dəfə Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) salavat göndərin və onların düşmənlərinə lənət edin.
Yüz otuz üç (133) dəfə (یا کاشِفَ الْکَرْبِ عَنْ وَجهِ الْحُسَینِ اِکْشِفْ کَرْبى بِحَقِّ اَخیکَ الْحُسَیْنِ علیہ السلام) oxuyun.
Yeddi (7) dəfə (أَمَّنْ يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ) oxuyun.
Yeddi (7) dəfə (Ya Allah) oxuyun.
Yeddi (7) dəfə (لَا إِلَٰهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ) oxuyun.
Bütün bu zikrləri oxuduqdan sonra ağlayıb yalvararaq bütün dərdləriniz üçün çoxlu dua edin. Bu əməli yerinə yetirmək üçün ən yaxşı vaxtlar sübh-sadiq, yəni sübh namazından dərhal sonra və məğrib namazından dərhal sonradır. Bu əməl təyin olunmuş vaxtlarda yeddi (7) gün ardıcıl yerinə yetirilsin.
7 – yeddi ədədi nədir?
Mövla Əbülfəzl Abbas Ələmdar (ə) elə tilsimli və sirli bir şəxsiyyətdir ki, bütünlüklə sirdir. Bu adın ədədləri çıxarılsa, onda da sir var.
عباس:
ع:70
ب : 2
الف: 1
س : 60
Ədədlərin cəmi: 133
Ədədin hasili: 7
İndi mən sizə bu yeddi ədədinin sirlərini Qurandan göstərirəm.
Buyurulur:
اِنَّمَآ اَمْرُهٗٓ اِذَآ اَرَادَ شَيْئًا اَنْ يَّقُوْلَ لَـهٗ كُنْ فَيَكُـوْنُ
(Yasin surəsi, 82-ci ayə, 23-cü cüz)
Tərcümə: Onun şanı budur ki, bir şeyi istədiyi zaman ona yalnız “Ol!” deyər, o da dərhal olar.
Allah nə vaxt bir şeyi istəsə, “Kün” deyir və o şey olur.
İndi كُنْ sözünün ədədlərini çıxarın.
ک:20
ن : 50
Ədədlərin cəmi: 70
Ədədin hasili: 7
Yəni “Kün” sözündə Mövla Abbasın (ə) həqiqəti gizlənmişdir. Allah “Kün” desə də, Abbas (ə) desə də, eyni şeydir. Mövla Abbas (ə) möcüzələrin məzhəridir, onun adını çəkməklə çətinliyin aradan qalxması arasında yalnız bir an fasilə olur. Elə buna كُنْ فَيَكُـوْن deyirlər.
Allah Quranda buyurmuşdur:
وَلَقَدْ اٰتَيْنَاكَ سَبْعًا مِّنَ الْمَثَانِىْ وَالْقُرْاٰنَ الْعَظِيْـمَ
(Hicr surəsi, 87-ci ayə, 14-cü cüz)
Tərcümə: Biz sənə Səb’ul-məsanini və əzəmətli Quranı verdik.
Səb’ul-məsani, yəni yeddi ayə, təfsirlərdə ondan məqsəd Məhəmməd (s) və Ali-Məhəmməddir (ə). Yəni Məhəmməd (s) və Ali-Məhəmməd (ə) bir tərəfdə, Quran isə bir tərəfdə. Həzrət Abbasın (ə) ədədi isə yeddidir, yəni Məhəmməd (s) və Ali-Məhəmmədin (ə) həqiqəti Abbasda (ə) gizlidir, yaxud belə deyin ki, Həzrət Abbas (ə) Məhəmməd (s) və Ali-Məhəmməd (ə) həqiqətinin sirridir.
Necə ki, Mövla Əli (ə) buyurur:
“Biz Allahın sirriyik, Abbas (ə) isə bizim sirrimizdir.”
Səb’ul-məsaninin başqa bir adı da Həmd surəsidir. Onun barəsində buyurulur ki, Quranın bütün elmi Həmd surəsindədir. Həmd surəsi də yeddi (7) ayədən ibarətdir, yəni Həmd surəsi də Mövla Abbasın (ə) sirridir.
Yeddi (7) ədədinin daha çoxlu sirləri var, məsələn:
Allah yeddi göy yaratdı, yeri yeddi təbəqədə bərqərar etdi. Günəşin ətrafında yeddi böyük planet fırlanır, Böyük Ayı bürcündə yeddi ulduz var. Bizim dünyamızda yeddi dəniz və yeddi qitə var. Yüz iyirmi dörd min peyğəmbər gəldi, onun cəmi də yeddidir. Məsumların (ə) ziyarət yerləri cəmi yeddi məkandır: Kəbə evi, Mədinə, Nəcəf, Kərbəla, Kazimeyn, Xorasan və Samirə. Əshabi-Kəhf yeddi nəfərdir. İşığın yeddi rəngi var. Bir atomun yeddi orbiti var və hər halqanın yeddi alt orbiti olur. Musiqi sənətində yeddi not olur. Ana bətnində uşaq yeddi ayda tamamlanır. Həftədə yeddi gün var. Dünyada yeddi möcüzə var: Tac Mahal, Çin səddi, Misir ehramları, Sfinks, Piza qülləsi, Ellora və Acanta mağaraları, Babil bağları. Bədr döyüşündə üç yüz on üç (313) döyüşçü var idi, onların cəmi də yeddidir. İmam Zamanın (ə.f.) səhabələri də üç yüz on üç nəfərdir, onların cəmi də yeddidir. Kəbənin ətrafında yeddi dəfə təvaf edilir. Yasin surəsində ayələr yeddi dəfə “mübin” sözü ilə bitir. Nəslin şərafətini sübut etmək üçün yeddi arxa dönənin araşdırılması zəruridir. Elə buna görə də Allahın Rəsulu (s) buyurdu ki, mənim əcdadımdan yeddi ad hər müsəlmanın yadında olmalıdır.
Yəni bütün kainat yeddi ədədinin möcüzəsidir. Onun hər zərrəsindən yalnız bir səs gəlir: Abbas (ə), Abbas (ə).
Pəncətən-pakın (ə) ədədlərinin hasili də yeddidir. Məhəmmədin (s) ədədi 92, Əlinin (ə) 110, Fatimənin (ə) 135, Həsənin (ə) 118, Hüseynin (ə) ədədi 128-dir. Ədədlərin cəmi 583, onun hasili isə 16-dır; deməli, altı ilə bir yeddi edir.
Yəni Pəncətən-pakın (ə) gizli xəzinəsinə Abbas (ə) deyirlər.