Vitiliqo (ala xəstəliyi) üçün dua — ərəb mətni və tərcümə | Sadaat
Skip to content

Vitiliqo (ala xəstəliyi) üçün dua

Şəfa duaları

Vitiliqo (ala xəstəliyi) üçün dua

Yunus deyir ki, iki gözümün arasında pes xəstəliyinin ağlığı (dəridə kiçik-kiçik ağ ləkələr) əmələ gəldi. Bundan İmam Cəfər Sadiqə (ə) şikayət etdim. O həzrət (ə) buyurdu: “Dəstəmaz alıb iki rəkət namaz qıl, sonra de:”

یَا اللہ یَا رَحْمنُ یَا رَحِیمُ، یَا سَمِیعَ الدَّعَواتِ، یَا مُعْطِیَ، الدُّنْیا وَخَیْرَ الاَْخِرَةِ وَقِنِی شَرَّ الدُّنْیا وَشَرَّ الاَْخِرَةِ وَأَذْهِبْ عَنِّی، مَا أَجِدُ فَقَدْ غاظَنِی الْاَمْرُ وَأَحْزَنَنِی

Tərcümə: Ey Allah, ey çox rəhm edən Mərhəmətli, ey duaları eşidən, ey yaxşılıqlar bəxş edən! Mənə dünyada və axirətdə yaxşılıq bəxş et və məni dünya və axirətin şərrindən və pisliyindən qoru. Hiss etdiyim o xəstəliyimi aradan qaldır ki, işimi korladı və məni qəmə saldı.

Yunus deyir ki, mən belə etdim və Uca Allah məndən pes xəstəliyini aradan qaldırdı. Əlhəmdulillah.

“Uddətud-dai” kitabında rəvayət olunur ki, İmam (ə) ona buyurdu:

“Gecənin üçdə biri gələndə qalx, dəstəmaz al və təhəccüd namazını qıl, birinci rəkətin ikinci səcdəsində de:”

یَا عَلِیُّ یَا عَظِیمُ، یَا رَحْمنُ یَا رَحِیمُ، یَا سَامِعَ الدَّعَوَات یا معطی الخیراتِ اَللّٰهُمَّ صلی عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَأَعْطِنِی مِنْ خَیْرِ الدُّنْیا وَالاَْخِرَةِ مَا أَنْتَ أَهْلُهُ وَاصْرِفْ عَنِّی مِنْ شَر الدُّنْیَا وَالاَْخِرَةِ مَا أَنْت أَهْلُهُ، وَأَذْهِبْ عَنِّی هذَا الْوَجَعَ فَإنَّهُ قَدْ غَاظَنِی وَأَحْزَنَنِی

Tərcümə: Ey Uca, ey Böyük, ey çox rəhm edən, ey Mərhəmətli, ey duaları eşidən, ey yaxşılıqlar bəxş edən! Məhəmmədə (s) və Ali-Məhəmmədə (ə) rəhmət et və mənə Sənin şəninə layiq olduğu kimi dünya və axirətin yaxşılığını bəxş et, Sənin şəninə layiq olduğu kimi dünya və axirətin şərrini və pisliyini məndən uzaq saxla və bu əziyyətimi aradan qaldır ki, məni qəmli edib.

Bundan sonra Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) salavat göndərsin və Məhəmməd (s) və Ali-Məhəmmədin (ə) düşmənlərinə lənət etsin.

Və duanı oxuyarkən çox yalvar.

Yunus deyir ki, mən İmamın (ə) buyurduğuna uyğun əməl etdim və hələ Kufəyə çatmamış şəfa tapdım.

Həmçinin pes üçün belə də gəlmişdir ki, bir qabın üzərinə bal ilə Yasin surəsini yazsın və onu yuyub içsin; necə ki, babasil üçün də elə bu gəlmişdir.

Eləcə də İmam Hüseynin (ə) türbətini (xaki-şəfanı) yağış suyunda həll edib içmək də pes üçün faydalı göstərilmişdir. Həmçinin xınaya nurə qatıb sürtmək də rəvayət olunub.

Sayğac, səs və oflayn oxu tətbiqdədir.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

Get it on Google PlayTezlikləDownload on the App Store