Qarın köpü üçün dua
Rəvayət olunmuşdur ki, bir şəxs İmam Musa Kazımın (ə) hüzurunda şikayət etdi ki, onun qarnından daim havanın hərəkət etmə səsi gəlir: “İnsanlarla danışarkən utanıram, çünki qarnımdan hava çıxır və insanlar onu eşidirlər. Mənə havanın bu əziyyətini aradan qaldırmaq üçün bir dua öyrədin.” İmam Musa Kazım (ə) buyurdu: “Təhəccüd namazını qıldıqdan sonra bunu de:”
اللَّهُمَّ مَا عَمِلْتُ مِنْ خَيْرٍ فَهُوَ مِنْكَ لَا حَمْدَ لِي فِيهِ
Tərcümə: Ey Məbud, etdiyim yaxşılıq Səndəndir, onda mənim heç bir məziyyətim yoxdur.
Həmçinin bu barədə İmam Cəfər Sadiqdən (ə) də nəql olunur ki, üzərliyi bala qatıb yesin.
Bundan sonra Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) salavat göndərsin və Məhəmməd (s) və Ali-Məhəmmədin (ə) düşmənlərinə lənət etsin.