Xəstəlik və yoxsulluqdan qurtuluş duası
Kəfəmi Allahın Rəsulu Həzrət Məhəmməddən (s) rəvayət edir ki, bir şəxs o həzrətin (s) hüzurunda öz xəstəliyindən və yoxsulluğundan şikayət etdi. O həzrət (s) ona buyurdu ki, hər vacib namazdan sonra bu duanı oxu:
تَوَکَّلْتُ عَلَی الْحَیِّ الَّذِی لاَ یَمُوتُ وَالْحَمْدُ لِلّٰهِِ الَّذِی لَمْ یَتَّخِذْ صاحِبَةً وَلاَ وَلَداً وَلَمْ یَکُنْ لَهُ شَرِیکٌ فِی الْمُلْکِ وَلَمْ یَکُنْ لَهُ وَلِیٌّ مِنَ الذُّلِّ وَکَبِّرْهُ تَکْبِیراً
Tərcümə: Ölməyən Diriyə təvəkkül etdim. Həmd o Allaha məxsusdur ki, nə bir zövcə, nə də bir övlad götürməyib, nə səltənətdə Onun bir şəriki var, nə də zəiflik üzündən Onun bir köməkçisi var. Onu çox böyük tut.
Başqa bir rəvayətə görə, o həzrət (s) buyurdu:
“Nə vaxt mənim üçün bir çətin iş qarşıya çıxsaydı, Cəbrayıl (ə) yanıma gəlib deyərdi ki, bu (yuxarıda qeyd olunan) duanı oxuyun.”
Mötəbər hədislərdə gəlmişdir ki, qəlbin vəsvəsələrini, borcu, pərişanlığı və xəstəliyi aradan qaldırmaq üçün bu dua təkrar-təkrar oxunsun. Bəzi rəvayətlərdə deyilir ki, onun əvvəlində لاَ حَوْلَ وَلاَ قُوَّۃَ إِلَّا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ
– bu da oxunsun.