Dizenteriyadan qurtulmaq üçün dua
Rəvayət olunur ki, bir şəxs Həzrət İmam Musa Kazımın (ə) hüzurunda dizenteriyadan (nəcisdə qan, bağırsaqların iltihabı) şikayət etdi və dedi ki, bu dayanmır. O həzrət (ə) buyurdu: “Təhəccüd namazını qurtardıqdan sonra bu duanı oxu:”
اللَّهُمَّ مَا كَانَ مِنْ خَيْرٍ فَمِنْكَ لَا حَمْدَ لِي فِيهِ، وَمَا عَمِلْتُ مِنْ سُوءٍ فَقَدْ حَذَّرْتَنِي فِيهِ لَا عُذْرَ لِي فِيهِ، اللَّهمَّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أَتَّكِلَ عَلَى مَا لَا حَمْدَ لِي فِيهِ أَوْ آمِنَ مِمَّا لَا عُذْرَ لِي فِيهِ
Tərcümə: Ey Məbud, olan yaxşılıq Səndəndir, onda mənim heç bir məziyyətim yoxdur. Məndən baş verən pislikdən isə Sən məni əvvəlcədən qorxutmusan, onun üçün heç bir üzrüm yoxdur. Ey Məbud, şübhəsiz ki, Sənə sığınıram ki, mənim üçün tərif səbəbi olmayan şeyə etimad edim, ya da heç bir üzrüm olmayan şeyə arxayın olum.
Bundan sonra Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) salavat göndərsin və Məhəmməd (s) və Ali-Məhəmmədin (ə) düşmənlərinə lənət etsin.