Həbsdən azad olmaq üçün dua — ərəb mətni və tərcümə | Sadaat
Skip to content

Həbsdən azad olmaq üçün dua

Şəfa duaları

Həbsdən azad olmaq üçün dua

Seyyid ibn Tavus “Mühəcud-dəavat” kitabında deyir ki, bir rəvayətdə gəlmişdir ki, bir şəxs uzun müddət Şamda həbsdə idi. O, yuxuda pak Seyyidə Fatiməni (ə) gördü ki, buyurur:

“Bu duanı oxu.” Sonra ona bu duanı öyrətdi. O, bu duanı oxuyanda həbsdən azad oldu və evinə qayıtdı. O dua budur:

اَللّٰهُمَّ بِحَقِّ الْعَرْشِ وَمَنْ عَلاهُ وَبِحَقِّ الْوَحْیِ وَمَنْ أَوْحاهُ وَبِحَقِّ النَّبِیِّ وَمَنْ نَبَّاهُ وَبِحَقِّ الْبَیْتِ وَمَنْ بَناهُ یَا سامِعَ کُلِّ صَوْتٍ، یَا جامِعَ کُلِّ فَوْتٍ، یَا بارِیََ النُّفُوسِ بَعْدَ الْمَوْتِ، صَلِّ عَلی مُحَمَّدٍ وَأَهْلِ بَیْتِهِ وَآتِنا وَجَمِیعَ الْمُؤْمِنِینَ وَالْمُؤْمِناتِ فِی مَشارِقِ الْاَرْضِ وَمَغارِبِها فَرَجاً مِنْ عِنْدِکَ عاجِلاً بِشَهادَةِ أَنْ لاَ إلهَ إلاَّ اللہ وَأَنَّ مُحَمَّداً عَبْدُکَ وَرَسُولُکَ، صَلَّی اللہ عَلَیْهِ وَآلِهِ وَعَلی ذُرِّیَّتِهِ الطَّیِّبِینَ الطَّاهِرِینَ، وَسَلَّمَ تَسْلَِیماً کَثِیراً

Tərcümə: Ey Məbud, Ərşin və onun üzərində olanın haqqı, vəhyin və vəhy edənin haqqı, Peyğəmbərin (s) və o Peyğəmbərin (s) verdiyi xəbərin haqqı, Kəbənin və onu tikənin haqqı üçün! Ey hər səsi eşidən, ey hər itkini qaytaran, ey ölümdən sonra nəfsləri yaradan! Məhəmmədə (s) və onun Əhli-beytinə (ə) rəhmət nazil et və bizə və bütün mömin kişilərə və mömin qadınlara yerin hər şərqində və hər qərbində Öz dərgahından tezliklə genişlik və rifah bəxş et – Allahdan başqa heç bir məbud olmadığına və Məhəmmədin (s) Sənin bəndən və Sənin Rəsulun (s) olduğuna dair şəhadətin vasitəsilə. Allahın rəhməti ona, onun pak və tahir olan Alinə (ə) və övladına (ə) olsun və onlara çox-çox salam olsun.

Sayğac, səs və oflayn oxu tətbiqdədir.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

Get it on Google PlayTezlikləDownload on the App Store