Övrət yerinin ağrısı üçün dua
Rəvayət olunmuşdur ki, İmamların (ə) səhabələrindən birinin bədəninin elə bir yerində ağrı əmələ gəldi ki, onu zikr etmək münasib deyil. O, İmam Cəfər Sadiqin (ə) müqəddəs hüzurunda bundan şikayət etdi. O həzrət (ə) ona bu həmayili öyrətdi və tapşırdı ki, sol əlini həmin yerə qoy və bunu de:
بِسْمِ اللہ وَبِالله بَلیٰ مَنْ أَسْلَمَ وَجْهَهُ لِلّٰهِِ وَهُوَ مُحْسِنٌ فَلَه أَجْرُهُ عِنْدَ رَبِّهِ وَلاَ خَوْفٌ عَلَیْهِمْ وَلاَ هُمْ یَحْزَنُونَ اللَّهُمَّ إنِّی أَسْلَمْتُ وَجْهِی إلَیْکَ وَفَوَّضْتُ أَمْرِی إلَیْکَ لاَ مَلْجَأَ وَلاَ مَنْجَی مِنْکَ إلاَّ إلَیْکَ
Tərcümə: Allahın adı ilə və Onun zatı ilə. Bəli, kim Allaha təslim olsa və yaxşı iş görən olsa, onun mükafatı Rəbbinin yanındadır. Belələri üçün nə qorxu olacaq, nə də onlar qəmgin olacaqlar. Ey Məbud, başımı Sənin qarşında əydim, işlərimi Sənə tapşırdım, Səndən başqa heç bir sığınacaq və nicat yeri yoxdur.
Bunu üç dəfə desin, inşallah, şəfa tapar.