Qızdırmadan şəfa duası
Seyyid ibn Tavus “Mühəcud-dəavat” kitabında Həzrət Salman Farsidən (ə) bir rəvayət nəql etmişdir ki, onun sonunda bir xəbər qeyd olunub və onun xülasəsi budur ki, Seyyidə Zəhra (ə) mənə bir vird öyrətdi ki, onu Allahın Rəsulu Həzrət Məhəmməddən (s) əzbərləmişdi və o, onu səhər və axşam oxuyardı.
O, buyurdu ki, əgər istəyirsənsə ki, bu dünyada heç vaxt qızdırmaya tutulmayasan, bu kəlamı (Nur duasını) həmişə oxu və həmin kəlam budur:
بِسْمِ اللہ الرَّحْمنِ الرَّحِیمِ بِسْمِ اللہ النُّورِ، بِسْمِ اللہ نُورِ النُّورِ، بِسْمِ اللہ نُورٌ عَلی نُورٍ، بِسْمِ اللہ الَّذِی هُوَ مُدَبِّرُ الاَُْمُورِ بِسْمِ اللہ الَّذِی خَلَقَ النُّورَ مِنَ النُّورِ الْحَمْدُ لِلّٰهِ الَّذِی خَلَقَ النُّورَ مِنَ النُّورِ وَأَنْزَلَ النُّورَ عَلَی الطُّورِ فِی کِتابٍ مَسْطُورٍ فِی رَقٍّ مَنْشُورٍ بِقَدَرٍ مَقْدُورٍ عَلی نَبِیٍّ مَحْبُورٍ الْحَمْدُ لِلّٰهِِ الَّذِی هُوَ بِالْعِزِّ مَذْکُورٌ وَبِالْفَخْرِ مَشْهُورٌ وَعَلَی السَّرَّائِ وَالضَّرَّائِ مَشْکُورٌ وَصَلَّی اللہ عَلی سَیِّدِنا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِینَ
Tərcümə: Çox mərhəmətli və son dərəcə rəhmli Allahın adı ilə başlayıram.
Nurun Rəbbinin adı (yəni Əlinin (ə) adı) vasitəsilə, nurların nuru olan Allahın adı vasitəsilə, nur üstündə nur olan Allahın adı vasitəsilə, işləri qaydaya salan Allahın adı vasitəsilə, nuru nurdan yaradan Allahın adı vasitəsilə. Həmd nuru nurdan yaradan və nuru Tur dağına nazil edən Allaha məxsusdur – yazılmış bir kitabda, açılmış bir vərəqdə, müəyyən ölçüyə uyğun olaraq, dərrakəli bir Peyğəmbərə (s). Həmd izzətlə yad edilən, fəxrlə tanınan, darlıqda və genişlikdə şükür edilən Allaha məxsusdur. Allahın rəhməti ağamız Məhəmmədə (s) və onun Alinə (ə) olsun.
Salman (ə) deyir ki,
bu virdi pak Seyyidə Zəhradan (ə) öyrəndikdən sonra, Allaha and olsun ki, onu Məkkə və Mədinədə qızdırmaya tutulmuş min nəfərə öyrətdim və onlar bunu oxumaqla Allahın əmri ilə şəfa tapdılar.