Gecə-gündüz vahimə və tənhalıqdan qorunmaq üçün dua
Rəvayət olunmuşdur ki, bir şəxs İmam Cəfər Sadiqə (ə) öz vahiməsindən və tənhalığından şikayət etdi. O həzrət (ə) buyurdu:
“Sənə elə bir şey deyimmi ki, onu oxusan, gecə və ya gündüz heç bir vaxt qorxmayasan? O dua budur:”
بِسْمِ اللہ وَبِالله وَتَوَکَّلْتُ عَلَی اللہ إنَّهُ مَنْ یَتَوَکَّلْ عَلَی اللہ فَهُوَ حَسْبُهُ إنَّ اللہ بالِغُ أَمْرِهِقَدْ جَعَلَ اللہ لِکُلِّشَیْئٍ قَدْراً اَللّٰهُمَّ اجْعَلْنِیْ فِیْ کَنَفِکَ وَفِی جِوارِکَ وَاجْعَلْنِی فِی أَمانِکَ وَفِی مَنْعِکَ
Tərcümə: Allahın adı ilə, Allahın zatı ilə, mənim təvəkkülüm Allahadır. Şübhəsiz ki, kim Allaha təvəkkül etsə, O, ona kifayətdir. Mütləq Allah Öz işinə hakimdir. Şübhəsiz ki, Allah hər şey üçün bir ölçü təyin etmişdir. Ey Məbud, məni Öz astanənda və Özünə yaxın saxla və məni Öz pənahına və himayənə al.
Rəvayətdə gəlmişdir ki, bir şəxs otuz il ardıcıl olaraq bu duanı oxuyurdu, lakin bir gecə onu oxumadı və onu əqrəb sancdı.
Bundan sonra Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) salavat göndərsin və Məhəmməd (s) və Ali-Məhəmmədin (ə) düşmənlərinə lənət etsin.