At-Taariq surəsi (The Morning Star) — tərcümə ilə oxuyun | Sadaat
Skip to content

سُورَةُ الطَّارِقِ

Surə At-Taariq

The Morning Star · Məkkə · 17 Ayə

  1. وَالسَّمَا࢜ءِ وَالطَّارِقِ ۝١ۙ

    1And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)

  2. وَمَا͏ٓ اَدْرٰىكَ مَا الطَّارِقُ ۝٢ۙ

    2(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!

  3. النَّجْمُ الثَّاقِبُ ۝٣ۙ

    3(O, zülməti yaran) parlaq ulduzdur!

  4. اِنْ كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ ۝٤ؕ

    4Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!

  5. فَلْيَنْظُرِ الْاِنْسَانُ مِمَّ خُلِقَ ۝٥ؕ

    5Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!

  6. خُلِقَ مِنْ مَّا࢜ءٍ دَافِقٍ ۝٦ۙ

    6O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.

  7. يَّخْرُجُ مِنْۢ بَيْنِ الصُّلْبِ وَالتَّرَا࢜ىِٕبِ ۝٧ؕ

    7(O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!

  8. اِنَّهٗ عَلٰي رَجْعِهٖ لَقَادِرٌ ۝٨ؕ

    8Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! -

  9. يَوْمَ تُبْلَي السَّرَا࢜ىِٕرُ ۝٩ۙ

    9Bütün sirlərin aşkar olacağı o qiyamət günü;

  10. فَمَا لَهٗ مِنْ قُوَّةٍ وَّلَا نَاصِرٍ ۝١٠ؕ

    10(O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar!

  11. وَالسَّمَا࢜ءِ ذَاتِ الرَّجْعِ ۝١١ۙ

    11And olsun yağış sahibi olan göyə;

  12. وَالْاَرْضِ ذَاتِ الصَّدْعِ ۝١٢ۙ

    12And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki,

  13. اِنَّهٗ لَقَوْلٌ فَصْلٌ ۝١٣ۙ

    13Bu (Qur’an haqla nahaqqı) ayırd edən kəlamdır!

  14. وَّمَا هُوَ بِالْهَزْلِ ۝١٤ؕ

    14O, oyun-oyuncaq (əyləncə) deyildir!

  15. اِنَّهُمْ يَكِيْدُوْنَ كَيْدًا ۝١٥ۙ

    15Həqiqətən, (Məkkə müşrikləri Qur’anın nurunu söndürmək üçün) hiylə qurdular.

  16. وَّاَكِيْدُ كَيْدًا ۝١٦ۚۖ

    16Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm.

  17. فَمَهِّلِ الْكٰفِرِيْنَ اَمْهِلْهُمْ رُوَيْدًا ۝١٧ࣖ

    17Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!

Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

TezlikləApp StoreTezlikləGoogle Play