Al-Burooj surəsi (The Constellations) — tərcümə ilə oxuyun | Sadaat
Skip to content

سُورَةُ البُرُوجِ

Surə Al-Burooj

The Constellations · Məkkə · 22 Ayə

  1. وَالسَّمَا࢜ءِ ذَاتِ الْبُرُوْجِ ۝١ۙ

    1And olsun bürclər sahibi olan göyə;

  2. وَالْيَوْمِ الْمَوْعُوْدِ ۝٢ۙ

    2And olsun və’d olunmuş günə (qiyamət gününə);

  3. وَشَاهِدٍ وَّمَشْهُوْدٍ ۝٣ؕ

    3And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki,

  4. قُتِلَ اَصْحٰبُ الْاُخْدُوْدِ ۝٤ۙ

    4(Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lə’nətə düçar olub) qətl edildilər.

  5. النَّارِ ذَاتِ الْوَقُوْدِ ۝٥ۙ

    5O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.

  6. اِذْ هُمْ عَلَيْهَا قُعُوْدٌ ۝٦ۙ

    6O zaman onlar (xəndəklərin) kənarında oturub,

  7. وَّهُمْ عَلٰي مَا يَفْعَلُوْنَ بِالْمُو͏ٔ͏ْمِنِيْنَ شُهُوْدٌ ۝٧ؕ

    7(Öz əsgərlərinin) mö’minlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər.

  8. وَمَا نَقَمُوْا مِنْهُمْ اِلَّا͏ٓ اَنْ يُّو͏ٔ͏ْمِنُوْا بِاللّٰهِ الْعَزِيْزِ الْحَمِيْدِ ۝٨ۙ

    8Onlardan (mö’minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə’rifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.

  9. الَّذِيْ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِؕ وَاللّٰهُ عَلٰي كُلِّ شَيْءٍ شَهِيْدٌ ۝٩ؕ

    9O Allah ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir!

  10. اِنَّ الَّذِيْنَ فَتَنُوا الْمُو͏ٔ͏ْمِنِيْنَ وَالْمُو͏ٔ͏ْمِنٰتِ ثُمَّ لَمْ يَتُوْبُوْا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيْقِ ۝١٠ؕ

    10Şübhəsiz ki, mö’min kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir.

  11. اِنَّ الَّذِيْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَهُمْ جَنّٰتٌ تَجْرِيْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ࣢ؕؔ ذٰلِكَ الْفَوْزُ الْكَبِيْرُ ۝١١ؕ

    11İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!

  12. اِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيْدٌ ۝١٢ؕ

    12Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!

  13. اِنَّهٗ هُوَ يُبْدِي͏ٔ͏ُ وَيُعِيْدُ ۝١٣ۚ

    13Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur!

  14. وَهُوَ الْغَفُوْرُ الْوَدُوْدُ ۝١٤ۙ

    14(Bəndələrini) çox bağışlayan, çox sevən də Odur.

  15. ذُو الْعَرْشِ الْمَجِيْدُ ۝١٥ۙ

    15Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!

  16. فَعَّالٌ لِّمَا يُرِيْدُ ۝١٦ؕ

    16O, istədiyini edəndir.

  17. هَلْ اَتٰىكَ حَدِيْثُ الْجُنُوْدِ ۝١٧ۙ

    17(Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?-

  18. فِرْعَوْنَ وَثَمُوْدَ ۝١٨ؕ

    18Fir’on və Səmud (ordularının)?

  19. بَلِ الَّذِيْنَ كَفَرُوْا فِيْ تَكْذِيْبٍ ۝١٩ۙ

    19Xeyr, kafir olanlar (səni və Qur’anı) elə hey təkzib etməkdədirlər.

  20. وَّاللّٰهُ مِنْ وَّرَا࢜ىِٕهِمْ مُّحِيْطٌ ۝٢٠ۚ

    20Onların bütün ixtiyarı Allahın əlindədir!

  21. بَلْ هُوَ قُرْاٰنٌ مَّجِيْدٌ ۝٢١ۙ

    21Xeyr, o (şe’r deyil) şanlı-şərəfli Qur’andır!

  22. فِيْ لَوْحٍ مَّحْفُوْظٍ ۝٢٢ࣖ

    22O, lövhi-məhfuzdadır! (Qur’an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)

Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

TezlikləApp StoreTezlikləGoogle Play