Al-A'laa surəsi (The Most High) — tərcümə ilə oxuyun | Sadaat
Skip to content

سُورَةُ الأَعۡلَىٰ

Surə Al-A'laa

The Most High · Məkkə · 19 Ayə

  1. سَبِّحِ اسْمَ رَبِّكَ الْاَعْلَي ۝١ۙ

    1(Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şə’ninə təriflər de!

  2. الَّذِيْ خَلَقَ فَسَوّٰي ۝٢ࣕۙ

    2O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı.

  3. وَالَّذِيْ قَدَّرَ فَهَدٰي ۝٣ࣕۙ

    3O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi.

  4. وَالَّذِيْٓ اَخْرَجَ الْمَرْعٰي ۝٤ࣕۙ

    4O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı.

  5. فَجَعَلَهٗ غُثَا࢜ءً اَحْوٰي ۝٥ؕ

    5Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi.

  6. سَنُقْرِي͏ٔ͏ُكَ فَلَا تَنْسٰٓي ۝٦ۙ

    6(Ya Peyğəmbər!) Biz sənə (Qur’anı) oxudacağıq və sən (onu) unutmayacaqsan;

  7. اِلَّا مَا شَا࢜ءَ اللّٰهُؕ اِنَّهٗ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفٰي ۝٧ؕ

    7Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!

  8. وَنُيَسِّرُكَ لِلْيُسْرٰي ۝٨ۚۖ

    8Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik.

  9. فَذَكِّرْ اِنْ نَّفَعَتِ الذِّكْرٰي ۝٩ؕ

    9(Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Qur’anla) öyüd-nəsihət ver!

  10. سَيَذَّكَّرُ مَنْ يَّخْشٰي ۝١٠ۙ

    10(Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir!

  11. وَيَتَجَنَّبُهَا الْاَشْقَي ۝١١ۙ

    11Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.

  12. الَّذِيْ يَصْلَي النَّارَ الْكُبْرٰي ۝١٢ۚ

    12(O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir.

  13. ثُمَّ لَا يَمُوْتُ فِيْهَا وَلَا يَحْيٰي ۝١٣ؕ

    13Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!)

  14. قَدْ اَفْلَحَ مَنْ تَزَكّٰي ۝١٤ۙ

    14(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.

  15. وَذَكَرَ اسْمَ رَبِّهٖ فَصَلّٰي ۝١٥ؕ

    15O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!

  16. بَلْ تُو͏ٔ͏ْثِرُوْنَ الْحَيٰوةَ الدُّنْيَا ۝١٦ۚۖ

    16Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz!

  17. وَالْاٰخِرَةُ خَيْرٌ وَّاَبْقٰي ۝١٧ؕ

    17Halbuki axirət daha xeyirli və daha baqidir.

  18. اِنَّ هٰذَا لَفِي الصُّحُفِ الْاُوْلٰي ۝١٨ۙ

    18Həqiqətən, bu deyilənlər (Qur’andan) əvvəlki kitablarda mövcuddur -

  19. صُحُفِ اِبْرٰهِيْمَ وَمُوْسٰي ۝١٩ࣖ

    19İbrahimin və Musanın kitablarında!

Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

TezlikləApp StoreTezlikləGoogle Play