Al-Ghaashiya surəsi (The Overwhelming) — tərcümə ilə oxuyun | Sadaat
Skip to content

سُورَةُ الغَاشِيَةِ

Surə Al-Ghaashiya

The Overwhelming · Məkkə · 26 Ayə

  1. هَلْ اَتٰىكَ حَدِيْثُ الْغَاشِيَةِ ۝١ؕ

    1(Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı?

  2. وُجُوْهٌ يَّوْمَىِٕذٍ خَاشِعَةٌ ۝٢ۙ

    2(O gün) bir çox üzlər zəlil görkəm alacaq;

  3. عَامِلَةٌ نَّاصِبَةٌ ۝٣ۙ

    3(Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq;

  4. تَصْلٰي نَارًا حَامِيَةً ۝٤ۙ

    4Yanar oda girəcəkdir;

  5. تُسْقٰي مِنْ عَيْنٍ اٰنِيَةٍ ۝٥ؕ

    5Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir.

  6. لَيْسَ لَهُمْ طَعَامٌ اِلَّا مِنْ ضَرِيْعٍ ۝٦ۙ

    6Onların yeməyi (zəhərdən və acı) zəri’dən başqa bir şey olmayacaqdır.

  7. لَّا يُسْمِنُ وَلَا يُغْنِيْ مِنْ جُوْعٍ ۝٧ؕ

    7(O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar.

  8. وُجُوْهٌ يَّوْمَىِٕذٍ نَّاعِمَةٌ ۝٨ۙ

    8(O gün) bir çox üzlər sevinəcək;

  9. لِّسَعْيِهَا رَاضِيَةٌ ۝٩ۙ

    9(Dünyadakı) zəhmətindən razı qalacaq;

  10. فِيْ جَنَّةٍ عَالِيَةٍ ۝١٠ۙ

    10(Dərəcəsi, qədir-qiyməti) yüksək Cənətdə olacaq,

  11. لَّا تَسْمَعُ فِيْهَا لَاغِيَةً ۝١١ؕ

    11Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir.

  12. فِيْهَا عَيْنٌ جَارِيَةٌ ۝١٢ۘ

    12Orada axar bulaq;

  13. فِيْهَا سُرُرٌ مَّرْفُوْعَةٌ ۝١٣ۙ

    13Orada uca taxtlar;

  14. وَّاَكْوَابٌ مَّوْضُوْعَةٌ ۝١٤ۙ

    14(Çeşmələr kənarında) piyalələr;

  15. وَّنَمَارِقُ مَصْفُوْفَةٌ ۝١٥ۙ

    15Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar

  16. وَّزَرَابِيُّ مَبْثُوْثَةٌ ۝١٦ؕ

    16Və döşənmiş (nəfis) xalılar vardır!

  17. اَفَلَا يَنْظُرُوْنَ اِلَي الْاِبِلِ كَيْفَ خُلِقَتْ ۝١٧ࣟ

    17Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?

  18. وَاِلَي السَّمَا࢜ءِ كَيْفَ رُفِعَتْ ۝١٨ࣟ

    18Göyə (baxmırlar ki) necə ucaldılmışdır?

  19. وَاِلَي الْجِبَالِ كَيْفَ نُصِبَتْ ۝١٩ࣟ

    19Dağlara (baxmırlar ki) necə dikəldilmişdir?

  20. وَاِلَي الْاَرْضِ كَيْفَ سُطِحَتْ ۝٢٠ࣟ

    20Və yerə (baxmırlar ki) necə döşədilmişdir?

  21. فَذَكِّرْࣞؕ اِنَّمَا͏ٓ اَنْتَ مُذَكِّرٌ ۝٢١ؕ

    21(Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən!

  22. لَسْتَ عَلَيْهِمْ بِمُصَۜيْطِرٍ ۝٢٢ۙ

    22Sən onların üzərində hakim deyilsən!

  23. اِلَّا مَنْ تَوَلّٰي وَكَفَرَ ۝٢٣ۙ

    23Lakin kim (imandan) üz döndərib (Qur’anı) inkar etsə

  24. فَيُعَذِّبُهُ اللّٰهُ الْعَذَابَ الْاَكْبَرَ ۝٢٤ؕ

    24Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər!

  25. اِنَّ اِلَيْنَا͏ٓ اِيَابَهُمْ ۝٢٥ۙ

    25Şübhəsiz ki, onların axır dönüşü Bizədir!

  26. ثُمَّ اِنَّ عَلَيْنَا حِسَابَهُمْ ۝٢٦ࣖ

    26Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!

Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

TezlikləApp StoreTezlikləGoogle Play