Al-Fajr surəsi (The Dawn) — tərcümə ilə oxuyun | Sadaat
Skip to content

سُورَةُ الفَجۡرِ

Surə Al-Fajr

The Dawn · Məkkə · 30 Ayə

  1. وَالْفَجْرِ ۝١ۙ

    1And olsun dan yerinə;

  2. وَلَيَالٍ عَشْرٍ ۝٢ۙ

    2And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə);

  3. وَّالشَّفْعِ وَالْوَتْرِ ۝٣ۙ

    3And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə);

  4. وَالَّيْلِ اِذَا يَسْرِ ۝٤ۚ

    4And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)!

  5. هَلْ فِيْ ذٰلِكَ قَسَمٌ لِّذِيْ حِجْرٍ ۝٥ؕ

    5Məgər bunlarda (qiyamətin haq olması barədə) ağıl sahibi üçün and yoxmudur?!

  6. اَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ ۝٦ࣕۙ

    6(Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?!

  7. اِرَمَ ذَاتِ الْعِمَادِ ۝٧ࣕۙ

    7Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?!

  8. الَّتِيْ لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلَادِ ۝٨ࣕۙ

    8(Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı.

  9. وَثَمُوْدَ الَّذِيْنَ جَابُوا الصَّخْرَ بِالْوَادِ ۝٩ࣕۙ

    9(Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə)?!

  10. وَفِرْعَوْنَ ذِي الْاَوْتَادِ ۝١٠ࣕۙ

    10Eləcə də saysız-hesabsız ordular sahibi Fir’ona?!

  11. الَّذِيْنَ طَغَوْا فِي الْبِلَادِ ۝١١ࣕۙ

    11O kəslər ki, məmləkətlərdə tüğyan edir,

  12. فَاَكْثَرُوْا فِيْهَا الْفَسَادَ ۝١٢ࣕۙ

    12Oralarda çoxlu fitnə-fəsad törədirlər.

  13. فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ ۝١٣ۚۙ

    13Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.

  14. اِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ ۝١٤ؕ

    14Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür.

  15. فَاَمَّا الْاِنْسَانُ اِذَا مَا ابْتَلٰىهُ رَبُّهٗ فَاَكْرَمَهٗ وَنَعَّمَهٗ࣢ۙ فَيَقُوْلُ رَبِّيْٓ اَكْرَمَنِ ۝١٥ؕ

    15İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir ne’mət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər.

  16. وَاَمَّا͏ٓ اِذَا مَا ابْتَلٰىهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهٗ࣢ۙ فَيَقُوْلُ رَبِّيْٓ اَهَانَنِ ۝١٦ۚ

    16Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər.

  17. كَلَّا بَلْ لَّا تُكْرِمُوْنَ الْيَتِيْمَ ۝١٧ۙ

    17Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz).

  18. وَلَا تَحٰ࢜ضُّوْنَ عَلٰي طَعَامِ الْمِسْكِيْنِ ۝١٨ۙ

    18Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.

  19. وَتَاْكُلُوْنَ التُّرَاثَ اَكْلًا لَّمًّا ۝١٩ۙ

    19Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz).

  20. وَّتُحِبُّوْنَ الْمَالَ حُبًّا جَمًّا ۝٢٠ؕ

    20Mal-dövləti isə lap çox sevirsiniz.

  21. كَلَّا͏ٓ اِذَا دُكَّتِ الْاَرْضُ دَكًّا دَكًّا ۝٢١ۙ

    21Xeyr! Yer dağılıb parça-parça olacağı;

  22. وَّجَا࢜ءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا ۝٢٢ۚ

    22Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı

  23. وَجِايْ࢜ءَ يَوْمَىِٕذٍۭ بِجَهَنَّمَ࣢ۙ يَوْمَىِٕذٍ يَّتَذَكَّرُ الْاِنْسَانُ وَاَنّٰي لَهُ الذِّكْرٰي ۝٢٣ؕ

    23Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!

  24. يَقُوْلُ يٰلَيْتَنِيْ قَدَّمْتُ لِحَيَاتِيْ ۝٢٤ۚ

    24O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir.

  25. فَيَوْمَىِٕذٍ لَّا يُعَذِّبُ عَذَابَهٗٓ اَحَدٌ ۝٢٥ۙ

    25O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz!

  26. وَّلَا يُوْثِقُ وَثَاقَهٗٓ اَحَدٌ ۝٢٦ؕ

    26(Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz!

  27. يٰٓاَيَّتُهَا النَّفْسُ الْمُطْمَىِٕنَّةُ ۝٢٧ࣗۖ

    27(Qiyamət günü Allah-təala mö’min kimsəyə belə buyuracaqdır:) “Ey (öz imanından, əməlindən və Allahın və’dindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”)

  28. ارْجِعِيْٓ اِلٰي رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً ۝٢٨ۚ

    28Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!

  29. فَادْخُلِيْ فِيْ عِبٰدِيْ ۝٢٩ۙ

    29(Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol!

  30. وَادْخُلِيْ جَنَّتِيْ ۝٣٠ࣖ

    30(Onlarla birlikdə) Cənnətimə varid ol!”

Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

TezlikləApp StoreTezlikləGoogle Play