Al-Balad surəsi (The City) — tərcümə ilə oxuyun | Sadaat
Skip to content

سُورَةُ البَلَدِ

Surə Al-Balad

The City · Məkkə · 20 Ayə

  1. لَا͏ٓ اُقْسِمُ بِهٰذَا الْبَلَدِ ۝١ۙ

    1And içirəm bu şəhərə (Məkkəyə) -

  2. وَاَنْتَ حِلٌّۢ بِهٰذَا الْبَلَدِ ۝٢ۙ

    2Sənin yaşadığın (sənə halal olan) şəhərə;

  3. وَوَالِدٍ وَّمَا وَلَدَ ۝٣ۙ

    3And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki,

  4. لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِيْ كَبَدٍ ۝٤ؕ

    4Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahı bir hikmətdir, həyatın qanunudur!)

  5. اَيَحْسَبُ اَنْ لَّنْ يَّقْدِرَ عَلَيْهِ اَحَدٌ ۝٥ۘ

    5Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir?

  6. يَقُوْلُ اَهْلَكْتُ مَالًا لُّبَدًا ۝٦ؕ

    6Və: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!” – deyir?

  7. اَيَحْسَبُ اَنْ لَّمْ يَرَهٗٓ اَحَدٌ ۝٧ؕ

    7Məgər o heç kəsin onu görmədiyini güman edir?!

  8. اَلَمْ نَجْعَلْ لَّهٗ عَيْنَيْنِ ۝٨ۙ

    8Məgər Biz ona iki göz vermədikmi?!

  9. وَلِسَانًا وَّشَفَتَيْنِ ۝٩ۙ

    9Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?!

  10. وَهَدَيْنٰهُ النَّجْدَيْنِ ۝١٠ۚ

    10Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!

  11. فَلَا اقْتَحَمَ الْعَقَبَةَ ۝١١ؗۖ

    11Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne’mətlərə şükür etmədi).

  12. وَمَا͏ٓ اَدْرٰىكَ مَا الْعَقَبَةُ ۝١٢ؕ

    12(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?!

  13. فَكُّ رَقَبَةٍ ۝١٣ۙ

    13(O) bir kölə azad etməkdir;

  14. اَوْ اِطْعٰمٌ فِيْ يَوْمٍ ذِيْ مَسْغَبَةٍ ۝١٤ۙ

    14Yaxud aclıq günü (zamanı) yemək verməkdir -

  15. يَّتِيْمًا ذَا مَقْرَبَةٍ ۝١٥ۙ

    15Qohumluq əlaqəsi çatan bir yetimə.

  16. اَوْ مِسْكِيْنًا ذَا مَتْرَبَةٍ ۝١٦ؕ

    16Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə!

  17. ثُمَّ كَانَ مِنَ الَّذِيْنَ اٰمَنُوْا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ ۝١٧ؕ

    17Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!

  18. اُولٰ࢜ىِٕكَ اَصْحٰبُ الْمَيْمَنَةِ ۝١٨ؕ

    18Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!)

  19. وَالَّذِيْنَ كَفَرُوْا بِاٰيٰتِنَا هُمْ اَصْحٰبُ الْمَشْـَٔمَةِ ۝١٩ؕ

    19Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol əllərinə verilənlərdir!)

  20. عَلَيْهِمْ نَارٌ مُّو͏ٔ͏ْصَدَةٌ ۝٢٠ࣖ

    20Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər!)

Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

TezlikləApp StoreTezlikləGoogle Play