Ash-Sharh surəsi (The Consolation) — cüz 30, tərcümə ilə | Sadaat
Skip to content

سُورَةُ الشَّرۡحِ

Surə Ash-Sharh

The Consolation · Məkkə · 8 Ayə · Cüz 30

Cüz 30

Filtrlər
8 ayədən 8
Ayədən – Ayəyə

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ

  1. اَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ ۝١ۙ

    1(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!)

  2. وَوَضَعْنَا عَنْكَ وِزْرَكَ ۝٢ۙ

    2Ağır yükünü səndən götürmədikmi?! (Sənin peyğəmbərlik yükünü yüngülləşdirmədikmi?!)

  3. الَّذِيْٓ اَنْقَضَ ظَهْرَكَ ۝٣ۙ

    3(Elə bir yük ki) sənin belini bükürdü.

  4. وَرَفَعْنَا لَكَ ذِكْرَكَ ۝٤ؕ

    4Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər!)

  5. فَاِنَّ مَعَ الْعُسْرِ يُسْرًا ۝٥ۙ

    5Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)

  6. اِنَّ مَعَ الْعُسْرِ يُسْرًا ۝٦ؕ

    6Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!)

  7. فَاِذَا فَرَغْتَ فَانْصَبْ ۝٧ۙ

    7(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)

  8. وَاِلٰي رَبِّكَ فَارْغَبْ ۝٨ࣖ

    8Və ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl!)

Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

Get it on Google PlayTezlikləDownload on the App Store