Ad-Dhuhaa surəsi (The Morning Hours) — tərcümə ilə oxuyun | Sadaat
Skip to content

سُورَةُ الضُّحَىٰ

Surə Ad-Dhuhaa

The Morning Hours · Məkkə · 11 Ayə

  1. وَالضُّحٰي ۝١ۙ

    1And olsun səhərə;

  2. وَالَّيْلِ اِذَا سَجٰي ۝٢ۙ

    2And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,

  3. مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلٰي ۝٣ؕ

    3(Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu.

  4. وَلَلْاٰخِرَةُ خَيْرٌ لَّكَ مِنَ الْاُوْلٰي ۝٤ؕ

    4Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!

  5. وَلَسَوْفَ يُعْطِيْكَ رَبُّكَ فَتَرْضٰي ۝٥ؕ

    5Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz ne’mətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!

  6. اَلَمْ يَجِدْكَ يَتِيْمًا فَاٰوٰي ۝٦ࣕ

    6Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!

  7. وَوَجَدَكَ ضَا࢜لًّا فَهَدٰي ۝٧ࣕ

    7Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!

  8. وَوَجَدَكَ عَا࢜ىِٕلًا فَاَغْنٰي ۝٨ؕ

    8Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!

  9. فَاَمَّا الْيَتِيْمَ فَلَا تَقْهَرْ ۝٩ؕ

    9Elə isə yetimə zülm etmə!

  10. وَاَمَّا السَّا࢜ىِٕلَ فَلَا تَنْهَرْ ۝١٠ؕ

    10Dilənçini də (qapıdan) qovma!

  11. وَاَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ ۝١١ࣖ

    11Və (həmişə) Rəbbinin sənə olan ne’mətindən söhbət aç!

Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

TezlikləApp StoreTezlikləGoogle Play