Al-Lail surəsi (The Night) — tərcümə ilə oxuyun | Sadaat
Skip to content

سُورَةُ اللَّيۡلِ

Surə Al-Lail

The Night · Məkkə · 21 Ayə

  1. وَالَّيْلِ اِذَا يَغْشٰي ۝١ۙ

    1And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;

  2. وَالنَّهَارِ اِذَا تَجَلّٰي ۝٢ۙ

    2And olsun işıqlanmaqda olan gündüzə;

  3. وَمَا خَلَقَ الذَّكَرَ وَالْاُنْثٰٓي ۝٣ۙ

    3And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,

  4. اِنَّ سَعْيَكُمْ لَشَتّٰي ۝٤ؕ

    4Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bə’ziniz Cənnət üçün, bə’ziniz isə Cəhənnəm üçün çalışırsınız).

  5. فَاَمَّا مَنْ اَعْطٰي وَاتَّقٰي ۝٥ۙ

    5Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,

  6. وَصَدَّقَ بِالْحُسْنٰي ۝٦ۙ

    6Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,

  7. فَسَنُيَسِّرُهٗ لِلْيُسْرٰي ۝٧ؕ

    7Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!

  8. وَاَمَّا مَنْۢ بَخِلَ وَاسْتَغْنٰي ۝٨ۙ

    8Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,

  9. وَكَذَّبَ بِالْحُسْنٰي ۝٩ۙ

    9Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,

  10. فَسَنُيَسِّرُهٗ لِلْعُسْرٰي ۝١٠ؕ

    10Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)

  11. وَمَا يُغْنِيْ عَنْهُ مَالُهٗٓ اِذَا تَرَدّٰي ۝١١ؕ

    11(O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.

  12. اِنَّ عَلَيْنَا لَلْهُدٰي ۝١٢ؗۖ

    12Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mö’min və ya kafir olmaq isə hər kəsin öz işidir).

  13. وَاِنَّ لَنَا لَلْاٰخِرَةَ وَالْاُوْلٰي ۝١٣

    13Axirət də Bizim, dünya da Bizimdir!

  14. فَاَنْذَرْتُكُمْ نَارًا تَلَظّٰي ۝١٤ۚ

    14(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.

  15. لَا يَصْلٰىهَا͏ٓ اِلَّا الْاَشْقَي ۝١٥ۙ

    15Ora ancaq azğın (kafir) daxil olar.

  16. الَّذِيْ كَذَّبَ وَتَوَلّٰي ۝١٦ؕ

    16O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!

  17. وَسَيُجَنَّبُهَا الْاَتْقَي ۝١٧ۙ

    17Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).

  18. الَّذِيْ يُو͏ٔ͏ْتِيْ مَالَهٗ يَتَزَكّٰي ۝١٨ۚ

    18O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,

  19. وَمَا لِاَحَدٍ عِنْدَهٗ مِنْ نِّعْمَةٍ تُجْزٰٓي ۝١٩ۙ

    19O şəxsin boynunda heç kəsin bir minnəti (ne’məti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz).

  20. اِلَّا ابْتِغَا࢜ءَ وَجْهِ رَبِّهِ الْاَعْلٰي ۝٢٠ۚ

    20O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.

  21. وَلَسَوْفَ يَرْضٰي ۝٢١ࣖ

    21And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi ne’mətlərə görə) razı olacaqdır!

Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

TezlikləApp StoreTezlikləGoogle Play