At-Takwir surəsi (The Overthrowing) — tərcümə ilə oxuyun | Sadaat
Skip to content

سُورَةُ التَّكۡوِيرِ

Surə At-Takwir

The Overthrowing · Məkkə · 29 Ayə

  1. اِذَا الشَّمْسُ كُوِّرَتْ ۝١ࣕۙ

    1Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman;

  2. وَاِذَا النُّجُوْمُ انْكَدَرَتْ ۝٢ࣕۙ

    2Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;

  3. وَاِذَا الْجِبَالُ سُيِّرَتْ ۝٣ࣕۙ

    3Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman;

  4. وَاِذَا الْعِشَارُ عُطِّلَتْ ۝٤ࣕۙ

    4(Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman;

  5. وَاِذَا الْوُحُوْشُ حُشِرَتْ ۝٥ࣕۙ

    5Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman;

  6. وَاِذَا الْبِحَارُ سُجِّرَتْ ۝٦ࣕۙ

    6Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;

  7. وَاِذَا النُّفُوْسُ زُوِّجَتْ ۝٧ࣕۙ

    7Ruhlar (bədənlərə) qovuşacağı zaman;

  8. وَاِذَا الْمَوْءٗدَةُ سُىِٕلَتْ ۝٨ࣕۙ

    8Diri-diri torpağa gömülən körpə qızdan:

  9. بِاَيِّ ذَنۢ͏ْبٍ قُتِلَتْ ۝٩ۚ

    9“Axı o hansı günaha görə öldürüldü?”; soruşulacağı zaman;

  10. وَاِذَا الصُّحُفُ نُشِرَتْ ۝١٠ࣕۙ

    10Əməl dəftərləri açılacağı zaman;

  11. وَاِذَا السَّمَا࢜ءُ كُشِطَتْ ۝١١ࣕۙ

    11Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman;

  12. وَاِذَا الْجَحِيْمُ سُعِّرَتْ ۝١٢ࣕۙ

    12Cəhənnəm alovlandırılacağı zaman;

  13. وَاِذَا الْجَنَّةُ اُزْلِفَتْ ۝١٣ࣕۙ

    13Və Cənnət (mö’minlərə) yaxınlaşdırılacağı zaman;

  14. عَلِمَتْ نَفْسٌ مَّا͏ٓ اَحْضَرَتْ ۝١٤ؕ

    14Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!

  15. فَلَا͏ٓ اُقْسِمُ بِالْخُنَّسِ ۝١٥ۙ

    15And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara;

  16. الْجَوَارِ الْكُنَّسِ ۝١٦ۙ

    16(Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə);

  17. وَالَّيْلِ اِذَا عَسْعَسَ ۝١٧ۙ

    17Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə)

  18. وَالصُّبْحِ اِذَا تَنَفَّسَ ۝١٨ۙ

    18Və sökülməkdə olan dan yerinə ki,

  19. اِنَّهٗ لَقَوْلُ رَسُوْلٍ كَرِيْمٍ ۝١٩ۙ

    19Bu (Qur’an Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır.

  20. ذِيْ قُوَّةٍ عِنْدَ ذِي الْعَرْشِ مَكِيْنٍ ۝٢٠ۙ

    20(Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir).

  21. مُّطَاعٍ ثَمَّ اَمِيْنٍ ۝٢١ؕ

    21(Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) e’tibarlı müvəkkildir.

  22. وَمَا صَاحِبُكُمْ بِمَجْنُوْنٍ ۝٢٢ۚ

    22(Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə deyildir!

  23. وَلَقَدْ رَاٰهُ بِالْاُفُقِ الْمُبِيْنِ ۝٢٣ۚ

    23And olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü.

  24. وَمَا هُوَ عَلَي الْغَيْبِ بِضَنِيْنٍ ۝٢٤ۚ

    24O, qeyb (vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir.

  25. وَمَا هُوَ بِقَوْلِ شَيْطٰنٍ رَّجِيْمٍ ۝٢٥ۙ

    25O (Qur’an) da məl’un (Allahın rəhmətindən qovulmuş) Şeytanın sözü deyildir.

  26. فَاَيْنَ تَذْهَبُوْنَ ۝٢٦ؕ

    26Elə isə (siz ondan üz döndərib) hara gedirsiniz?

  27. اِنْ هُوَ اِلَّا ذِكْرٌ لِّلْعٰلَمِيْنَ ۝٢٧ۙ

    27O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir.

  28. لِمَنْ شَا࢜ءَ مِنْكُمْ اَنْ يَّسْتَقِيْمَ ۝٢٨ؕ

    28Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün.

  29. وَمَا تَشَا࢜ءُوْنَ اِلَّا͏ٓ اَنْ يَّشَا࢜ءَ اللّٰهُ رَبُّ الْعٰلَمِيْنَ ۝٢٩ࣖ

    29(Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!)

Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

TezlikləApp StoreTezlikləGoogle Play