At-Takaathur surəsi (Competition) — tərcümə ilə oxuyun | Sadaat
Skip to content

سُورَةُ التَّكَاثُرِ

Surə At-Takaathur

Competition · Məkkə · 8 Ayə

  1. اَلْهٰىكُمُ التَّكَاثُرُ ۝١ۙ

    1(Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,

  2. حَتّٰي زُرْتُمُ الْمَقَابِرَ ۝٢ؕ

    2Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)].

  3. كَلَّا سَوْفَ تَعْلَمُوْنَ ۝٣ۙ

    3Xeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!

  4. ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُوْنَ ۝٤ؕ

    4Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!

  5. كَلَّا لَوْ تَعْلَمُوْنَ عِلْمَ الْيَقِيْنِ ۝٥ؕ

    5Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)!

  6. لَتَرَوُنَّ الْجَحِيْمَ ۝٦ۙ

    6(Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!

  7. ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِيْنِ ۝٧ۙ

    7Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz!

  8. ثُمَّ لَتُسْـَٔلُنَّ يَوْمَىِٕذٍ عَنِ النَّعِيْمِ ۝٨ࣖ

    8Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) ne’mətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!

Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

TezlikləApp StoreTezlikləGoogle Play