Al-Qaari'a surəsi (The Calamity) — cüz 30, tərcümə ilə | Sadaat
Skip to content

سُورَةُ القَارِعَةِ

Surə Al-Qaari'a

The Calamity · Məkkə · 11 Ayə · Cüz 30

Cüz 30

Filtrlər
11 ayədən 11
Ayədən – Ayəyə

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ

  1. اَلْقَارِعَةُ ۝١ۙ

    1Ürəkləri dəhşətə salan qiyamət!

  2. مَا الْقَارِعَةُ ۝٢ۚ

    2Nədir qiyamət?!

  3. وَمَا͏ٓ اَدْرٰىكَ مَا الْقَارِعَةُ ۝٣ؕ

    3Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!

  4. يَوْمَ يَكُوْنُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوْثِ ۝٤ۙ

    4O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq);

  5. وَتَكُوْنُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوْشِ ۝٥ؕ

    5Dağlar isə didilmiş yun kimi olacaqdır!

  6. فَاَمَّا مَنْ ثَقُلَتْ مَوَازِيْنُهٗ ۝٦ۙ

    6(O gün) tərəzisi ağır gələn (yaxşı əmələri pis əməllərdən çox olan) kimsə,

  7. فَهُوَ فِيْ عِيْشَةٍ رَّاضِيَةٍ ۝٧ؕ

    7(Cənnətdə) xoş güzəran içində olacaq!

  8. وَاَمَّا مَنْ خَفَّتْ مَوَازِيْنُهٗ ۝٨ۙ

    8Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə,

  9. فَاُمُّهٗ هَاوِيَةٌ ۝٩ؕ

    9Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!

  10. وَمَا͏ٓ اَدْرٰىكَ مَا هِيَهْ ۝١٠ؕ

    10Sən nə bilirsən ki, o (Haviyə) nədir?!

  11. نَارٌ حَامِيَةٌ ۝١١ࣖ

    11O çox qızmar bir atəşdir!

Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

Get it on Google PlayTezlikləDownload on the App Store