An-Naazi'aat surəsi (Those who drag forth) — tərcümə ilə oxuyun | Sadaat
Skip to content

سُورَةُ النَّازِعَاتِ

Surə An-Naazi'aat

Those who drag forth · Məkkə · 46 Ayə

  1. وَالنّٰزِعٰتِ غَرْقًا ۝١ۙ

    1And olsun (kafirlərin canını) zorla alanlara;

  2. وَّالنّٰشِطٰتِ نَشْطًا ۝٢ۙ

    2And olsun (mö’minlərin canını) rahatlıqla alanlara;

  3. وَّالسّٰبِحٰتِ سَبْحًا ۝٣ۙ

    3And olsun sür’ətlə üzənlərə;

  4. فَالسّٰبِقٰتِ سَبْقًا ۝٤ۙ

    4And olsun (bir-birini) ötdükcə ötənlərə;

  5. فَالْمُدَبِّرٰتِ اَمْرًا ۝٥ۘ

    5And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə ki, qiyamət haqdır və siz qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqsınız)!

  6. يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ ۝٦ۙ

    6O gün sarsılan sarsılacaq (surun birinci üfürülməsi ilə yer, göy lərzəyə gələcək),

  7. تَتْبَعُهَا الرَّادِفَةُ ۝٧ؕ

    7Onun ardınca bir sarsıntı da olacaqdır! (Sur ikinci dəfə üfürüləcəkdir. İsrafil suru birinci dəfə çaldıqda hər şey məhv olacaq, ikinci dəfə çaldıqda isə hamı diriləcəkdir. Bunların arası dünya vaxtı ilə müqayisədə qırx il çəkəcəkdir).

  8. قُلُوْبٌ يَّوْمَىِٕذٍ وَّاجِفَةٌ ۝٨ۙ

    8O gün ürəklər qorxub titrəyəcək,

  9. اَبْصَارُهَا خَاشِعَةٌ ۝٩ۘ

    9Gözləri (o ürəklərin sahib olduğu gözlər dəhşətdən) zəlilcəsinə yerə dikiləcəkdir.

  10. يَقُوْلُوْنَ ءَاِنَّا لَمَرْدُوْدُوْنَ فِي الْحَافِرَةِ ۝١٠ؕ

    10(Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər: “Doğrudanmı biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?!

  11. ءَاِذَا كُنَّا عِظَامًا نَّخِرَةً ۝١١ؕ

    11Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!”

  12. قَالُوْا تِلْكَ اِذًا كَرَّةٌ خَاسِرَةٌ ۝١٢ۘ

    12Onlar deyirlər: “Elə isə bu ziyanlı dönüşdür (çünki onun arxasında şiddətli bir əzab durur).

  13. فَاِنَّمَا هِيَ زَجْرَةٌ وَّاحِدَةٌ ۝١٣ۙ

    13(Ey kafirlər! Bu, Allah üçün çətin deyildir). Doğrudan da, o (surun axırıncı dəfə çalınması) ancaq tək bir dəhşətli səsdir (nə’rədir)!

  14. فَاِذَا هُمْ بِالسَّاهِرَةِ ۝١٤ؕ

    14Onlar dərhal (qəbirlərindən çıxıb) dümdüz bir yerdə olacaqlar!

  15. هَلْ اَتٰىكَ حَدِيْثُ مُوْسٰي ۝١٥ۘ

    15(Ya Peyğəmbər!) Musanın hekayəti (söhbəti) sənə gəlib çatdımı?

  16. اِذْ نَادٰىهُ رَبُّهٗ بِالْوَادِ الْمُقَدَّسِ طُوًي ۝١٦ۚ

    16O zaman ki, Rəbbi ona müqəddəs Tuva vadisində belə xitab etdi:

  17. اِذْهَبْ اِلٰي فِرْعَوْنَ اِنَّهٗ طَغٰي ۝١٧ؗۖ

    17“Fir’onun yanına get. Çünki o, (allahlıq iddiasına düşməklə, xalqa zülm etməklə) çox azmışdır (həddini aşmışdır).

  18. فَقُلْ هَلْ لَّكَ اِلٰٓي اَنْ تَزَكّٰي ۝١٨ۙ

    18Və de: “(Günahlardan) təmizlənmək istəyirsənmi?

  19. وَاَهْدِيَكَ اِلٰي رَبِّكَ فَتَخْشٰي ۝١٩ۚ

    19Səni Rəbbinə tərəf gətirimmi ki, (Ondan) qorxasan?”

  20. فَاَرٰىهُ الْاٰيَةَ الْكُبْرٰي ۝٢٠ؗۖ

    20(Musa gəlib Allahın buyuruğunu Fir’ona ərz elədi) və ona (özünün həqiqi peyğəmbər olmasına dəlalət edən) ən böyük mö’cüzəni (əsanın dönüb əjdaha olmasını) göstərdi.

  21. فَكَذَّبَ وَعَصٰي ۝٢١ؗۖ

    21Lakin (Fir’on Musanı) təkzib edib (ona) asi oldu.

  22. ثُمَّ اَدْبَرَ يَسْعٰي ۝٢٢ؗۖ

    22Sonra geri dönüb (özünə buyurulanlardan üz döndərərək fitnə-fəsad törətməyə, Musaya qarşı tədbir tökməyə) tələsdi.

  23. فَحَشَرَ فَنَادٰي ۝٢٣ؗۖ

    23Və (ə’yan-əşrafını, bütün təbəələrini) toplayıb (onlara) belə xitab etdi:

  24. فَقَالَ اَنَا رَبُّكُمُ الْاَعْلٰي ۝٢٤ؗۖ

    24“Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!”

  25. فَاَخَذَهُ اللّٰهُ نَكَالَ الْاٰخِرَةِ وَالْاُوْلٰي ۝٢٥ؕ

    25Allah da onu axirət və dünya əzabına giriftar etdi. (Yaxud: Allah ona axırıncı və əvvəlinci sözlərinin cəzasını verdi).

  26. اِنَّ فِيْ ذٰلِكَ لَعِبْرَةً لِّمَنْ يَّخْشٰي ۝٢٦ؕࣖ

    26Şübhəsiz ki, bunda (Allahdan) qorxan kimsələr üçün ibrət dərsi vardır.

  27. ءَاَنْتُمْ اَشَدُّ خَلْقًا اَمِ السَّمَا࢜ءُؕ بَنٰىهَا ۝٢٧ۙ

    27(Ey kafirlər!) Sizi yaratmaq çətindir, yoxsa göyü ki (Allah) onu yaratdı;

  28. رَفَعَ سَمْكَهَا فَسَوّٰىهَا ۝٢٨ۙ

    28Qübbəsini ucaltdı, düzəldib nizama saldı;

  29. وَاَغْطَشَ لَيْلَهَا وَاَخْرَجَ ضُحٰىهَا ۝٢٩ࣕ

    29Gecəsini qaranlıq, gündüzünü işıqlı etdi?!

  30. وَالْاَرْضَ بَعْدَ ذٰلِكَ دَحٰىهَا ۝٣٠ؕ

    30Bundan sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı).

  31. اَخْرَجَ مِنْهَا مَا࢜ءَهَا وَمَرْعٰىهَا ۝٣١ࣕ

    31Ondan suyunu və otlağını çıxartdı.

  32. وَالْجِبَالَ اَرْسٰىهَا ۝٣٢ۙ

    32(Orada) dağları yerləşdirdi.

  33. مَتَاعًا لَّكُمْ وَلِاَنْعَامِكُمْ ۝٣٣ؕ

    33(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür.

  34. فَاِذَا جَا࢜ءَتِ الطَّا࢜مَّةُ الْكُبْرٰي ۝٣٤ؗۖ

    34O böyük bəla (qiyamət) gələndə,

  35. يَوْمَ يَتَذَكَّرُ الْاِنْسَانُ مَا سَعٰي ۝٣٥ۙ

    35O gün insan nələr etdiyini (dünyadakı bütün yaxşı, pis əməllərini) yadına salacaqdır.

  36. وَبُرِّزَتِ الْجَحِيْمُ لِمَنْ يَّرٰي ۝٣٦

    36Cəhənnəm də hər görənə görünəcəkdir.

  37. فَاَمَّا مَنْ طَغٰي ۝٣٧ۙ

    37Kim (dünyada) azğınlıq etmişsə,

  38. وَاٰثَرَ الْحَيٰوةَ الدُّنْيَا ۝٣٨ۙ

    38Dünyanı (axirətdən) üstün tutmuşsa,

  39. فَاِنَّ الْجَحِيْمَ هِيَ الْمَاْوٰي ۝٣٩ؕ

    39Şübhəsiz ki, onun məskəni Cəhənnəmdir!

  40. وَاَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهٖ وَنَهَي النَّفْسَ عَنِ الْهَوٰي ۝٤٠ۙ

    40Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəfvəti) qadağan etmişsə,

  41. فَاِنَّ الْجَنَّةَ هِيَ الْمَاْوٰي ۝٤١ؕ

    41Həqiqətən, onun yurdu Cənnətdir!

  42. يَسْـَٔلُوْنَكَ عَنِ السَّاعَةِ اَيَّانَ مُرْسٰىهَا ۝٤٢ؕ

    42(Ya Peyğəmbər! Müşriklər) səndən o saatın nə vaxt gələcəyi (qiyamətin nə vaxt qopacağı) barəsində soruşarlar.

  43. فِيْمَ اَنْتَ مِنْ ذِكْرٰىهَا ۝٤٣ؕ

    43Sən onu (onun vaxtını) nə bilirsən?!

  44. اِلٰي رَبِّكَ مُنْتَهٰىهَا ۝٤٤ؕ

    44Onu sonuna qədər (bütün təfərrüatı ilə) bilmək ancaq sənin Rəbbinə məxsusdur.

  45. اِنَّمَا͏ٓ اَنْتَ مُنْذِرُ مَنْ يَّخْشٰىهَا ۝٤٥ؕ

    45Sən ancaq ondan (qiyamətdən) xəbərdar edib çəkindirənsən!

  46. كَاَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوْٓا اِلَّا عَشِيَّةً اَوْ ضُحٰىهَا ۝٤٦ࣖ

    46Onu (qiyaməti) gördükləri gün (dünyada və ya qəbir evində) yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar!

Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

TezlikləApp StoreTezlikləGoogle Play