سُورَةُ قُرَيۡشٍ
Surə Quraish
Quraysh · Məkkə · 4 Ayə
لِاِيْلٰفِ قُرَيْشٍ ١ۙ
1(Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması) xatirinə,
اٖلٰفِهِمْ رِحْلَةَ الشِّتَا࢜ءِ وَالصَّيْفِ ٢ۚ
2Onlara qış və yay səfərini müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə.
فَلْيَعْبُدُوْا رَبَّ هٰذَا الْبَيْتِ ٣ۙ
3Bu evin Rəbbinə (Kə’bənin sahibi Allaha) ibadət etsinlər!
الَّذِيْٓ اَطْعَمَهُمْ مِّنْ جُوْعٍۙ وَّاٰمَنَهُمْ مِّنْ خَوْفٍ ٤ࣖ
4O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi.
Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.