Quran 41:34 — Fussilat surəsi, 34-ci ayə | Sadaat
Skip to content

سُورَةُ فُصِّلَتۡ

Surə Fussilat — Ayə 34

41:34Cüz 24

وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّي͏ٔ͏َةُؕ اِدْفَعْ بِالَّتِيْ هِيَ اَحْسَنُ فَاِذَا الَّذِيْ بَيْنَكَ وَبَيْنَهٗ عَدَاوَةٌ كَاَنَّهٗ وَلِيٌّ حَمِيْمٌ ۝٣٤

Tərcümə

Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mö’min kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!

Ətrafdakı ayələr

  1. Ayə 32

    نُزُلًا مِّنْ غَفُوْرٍ رَّحِيْمٍ ۝٣٢ࣖ

    Bağışlayandan, rəhm edəndən (Allahdan) ruzi (ziyafət) olaraq!”

  2. Ayə 33

    وَمَنْ اَحْسَنُ قَوْلًا مِّمَّنْ دَعَا͏ٓ اِلَي اللّٰهِ وَعَمِلَ صَالِحًا وَّقَالَ اِنَّنِيْ مِنَ الْمُسْلِمِيْنَ ۝٣٣

    (Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl danışan kim ola bilər?!

  3. Ayə 35

    وَمَا يُلَقّٰىهَا͏ٓ اِلَّا الَّذِيْنَ صَبَرُوْاۚ وَمَا يُلَقّٰىهَا͏ٓ اِلَّا ذُوْ حَظٍّ عَظِيْمٍ ۝٣٥

    Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbir edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur!

  4. Ayə 36

    وَاِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطٰنِ نَزْغٌ فَاسْتَعِذْ بِاللّٰهِؕ اِنَّهٗ هُوَ السَّمِيْعُ الْعَلِيْمُ ۝٣٦

    Əgər sənə Şeytandan (bu xislətə mane olan) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!

Surəyə qayıt

Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

Get it on Google PlayTezlikləDownload on the App Store