Az-Zalzala surəsi (The Earthquake) — tərcümə ilə oxuyun | Sadaat
Skip to content

سُورَةُ الزَّلۡزَلَةِ

Surə Az-Zalzala

The Earthquake · Mədinə · 8 Ayə

  1. اِذَا زُلْزِلَتِ الْاَرْضُ زِلْزَالَهَا ۝١ۙ

    1Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;

  2. وَاَخْرَجَتِ الْاَرْضُ اَثْقَالَهَا ۝٢ۙ

    2Yer öz yükünü çıxardıb atacağı zaman;

  3. وَقَالَ الْاِنْسَانُ مَا لَهَا ۝٣ۚ

    3İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman -

  4. يَوْمَىِٕذٍ تُحَدِّثُ اَخْبَارَهَا ۝٤ؕ

    4Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir -

  5. بِاَنَّ رَبَّكَ اَوْحٰي لَهَا ۝٥ؕ

    5Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!

  6. يَوْمَىِٕذٍ يَّصْدُرُ النَّاسُ اَشْتَاتًا࣢ۙ لِّيُرَوْا اَعْمَالَهُمْ ۝٦ؕ

    6O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar).

  7. فَمَنْ يَّعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَّرَهٗ ۝٧ؕ

    7Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).

  8. وَمَنْ يَّعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَّرَهٗ ۝٨ࣖ

    8Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).

Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

TezlikləApp StoreTezlikləGoogle Play