Quran 9:88 — At-Tawba surəsi, 88-ci ayə | Sadaat
Skip to content

سُورَةُ التَّوۡبَةِ

Surə At-Tawba — Ayə 88

9:88Cüz 10

لٰكِنِ الرَّسُوْلُ وَالَّذِيْنَ اٰمَنُوْا مَعَهٗ جٰهَدُوْا بِاَمْوَالِهِمْ وَاَنْفُسِهِمْؕ وَاُولٰ࢜ىِٕكَ لَهُمُ الْخَيْرٰتُؗ وَاُولٰ࢜ىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۝٨٨

Tərcümə

Lakin Peyğəmbər və onunla birlikdə olan mö’minlər malları və canları ilə cihad etdilər (vuruşdular). Bütün ne’mətlər məhz onlarındır, nicat tapanlar da məhz onlardır!

Ətrafdakı ayələr

  1. Ayə 86

    وَاِذَا͏ٓ اُنْزِلَتْ سُوْرَةٌ اَنْ اٰمِنُوْا بِاللّٰهِ وَجَاهِدُوْا مَعَ رَسُوْلِهِ اسْتَاْذَنَكَ اُولُوا الطَّوْلِ مِنْهُمْ وَقَالُوْا ذَرْنَا نَكُنْ مَّعَ الْقٰعِدِيْنَ ۝٨٦

    “Allaha iman gətirin, Onun Peyğəmbəri ilə birlikdə vuruşun!” – deyən bir surə nazil edildiyi zaman aralarında sərvət sahibi olanlar səndən izin istəyib: “Qoy biz də (döyüşə çıxmayıb evdə) oturanlarla bir yerdə qalaq!” – deyərlər.

  2. Ayə 87

    رَضُوْا بِاَنْ يَّكُوْنُوْا مَعَ الْخَوَالِفِ وَطُبِعَ عَلٰي قُلُوْبِهِمْ فَهُمْ لَا يَفْقَهُوْنَ ۝٨٧

    Onlar arxada qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) bir yerdə qalmağı özlərinə rəva bildilər. Onların ürəkləri möhürlənmişdir, buna görə də (Allahın öyüd-nəsihətini, cihadın savabını, ondan boyun qaçırmağın rəzalətini) anlamazlar.

  3. Ayə 89

    اَعَدَّ اللّٰهُ لَهُمْ جَنّٰتٍ تَجْرِيْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِيْنَ فِيْهَاؕ ذٰلِكَ الْفَوْزُ الْعَظِيْمُ ۝٨٩ࣖ

    Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlət hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!

  4. Ayə 90

    وَجَا࢜ءَ الْمُعَذِّرُوْنَ مِنَ الْاَعْرَابِ لِيُو͏ٔ͏ْذَنَ لَهُمْ وَقَعَدَ الَّذِيْنَ كَذَبُوا اللّٰهَ وَرَسُوْلَهٗؕ سَيُصِيْبُ الَّذِيْنَ كَفَرُوْا مِنْهُمْ عَذَابٌ اَلِيْمٌ ۝٩٠

    Bədəvilərdən (Təbuk döyüşünə getməmək üçün) izin almağa üzrxahlar gəldi. Allaha və Onun Peyğəmbərinə yalan söyləyənlər isə (üzr belə istəməyib evlərində) oturdular. Onlardan kafir olanlara şiddətli bir əzab üz verəcəkdir.

Surəyə qayıt

Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

Get it on Google PlayTezlikləDownload on the App Store