Quran 4:146 — An-Nisaa surəsi, 146-ci ayə | Sadaat
Skip to content

سُورَةُ النِّسَاءِ

Surə An-Nisaa — Ayə 146

4:146Cüz 5

اِلَّا الَّذِيْنَ تَابُوْا وَاَصْلَحُوْا وَاعْتَصَمُوْا بِاللّٰهِ وَاَخْلَصُوْا دِيْنَهُمْ لِلّٰهِ فَاُولٰ࢜ىِٕكَ مَعَ الْمُو͏ٔ͏ْمِنِيْنَؕ وَسَوْفَ يُو͏ٔ͏ْتِ اللّٰهُ الْمُو͏ٔ͏ْمِنِيْنَ اَجْرًا عَظِيْمًا ۝١٤٦

Tərcümə

Tövbə edənlər, özlərini islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar və Allah qarşısında dinini (e’tiqadını) təmizləyənlər müstəsnadır. Çünki onlar mö’minlərə bərabərdirlər. Mö’minlərə isə Allah böyük mükafat verəcəkdir!

Ətrafdakı ayələr

  1. Ayə 144

    يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْا لَا تَتَّخِذُوا الْكٰفِرِيْنَ اَوْلِيَا࢜ءَ مِنْ دُوْنِ الْمُو͏ٔ͏ْمِنِيْنَؕ اَتُرِيْدُوْنَ اَنْ تَجْعَلُوْا لِلّٰهِ عَلَيْكُمْ سُلْطٰنًا مُّبِيْنًا ۝١٤٤

    Ey iman gətirənlər! Mö’minləri qoyub kafirləri dost tutmayın! Məgər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz?

  2. Ayə 145

    اِنَّ الْمُنٰفِقِيْنَ فِي الدَّرْكِ الْاَسْفَلِ مِنَ النَّارِۚ وَلَنْ تَجِدَ لَهُمْ نَصِيْرًا ۝١٤٥ۙ

    (Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!

  3. Ayə 147

    مَا يَفْعَلُ اللّٰهُ بِعَذَابِكُمْ اِنْ شَكَرْتُمْ وَاٰمَنْتُمْؕ وَكَانَ اللّٰهُ شَاكِرًا عَلِيْمًا ۝١٤٧

    Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir!

  4. Ayə 148

    لَا يُحِبُّ اللّٰهُ الْجَهْرَ بِالسُّوْ࢜ءِ مِنَ الْقَوْلِ اِلَّا مَنْ ظُلِمَؕ وَكَانَ اللّٰهُ سَمِيْعًا عَلِيْمًا ۝١٤٨

    Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşıdəndir, biləndir!

Surəyə qayıt

Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

Get it on Google PlayTezlikləDownload on the App Store