سُورَةُ النَّاسِ
Surə An-Naas
Mankind · Məkkə · 6 Ayə
قُلْ اَعُوْذُ بِرَبِّ النَّاسِ ١ۙ
1(Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə;
مَلِكِ النَّاسِ ٢ۙ
2İnsanların ixtiyar sahibinə;
اِلٰهِ النَّاسِ ٣ۙ
3İnsanların tanrısına;
مِنْ شَرِّ الْوَسْوَاسِۙ الْخَنَّاسِ ٤ࣕۙ
4Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-
الَّذِيْ يُوَسْوِسُ فِيْ صُدُوْرِ النَّاسِ ٥ۙ
5O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
مِنَ الْجِنَّةِ وَالنَّاسِ ٦ࣖ
6(O Şeytan ki) cinlərdən də olur, insanlardan da! (Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!)”
Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.