Al-Mutaffifin surəsi (Defrauding) — tərcümə ilə oxuyun | Sadaat
Skip to content

سُورَةُ المُطَفِّفِينَ

Surə Al-Mutaffifin

Defrauding · Məkkə · 36 Ayə

  1. وَيْلٌ لِّلْمُطَفِّفِيْنَ ۝١ۙ

    1Vay halına çəkidə və ölçüdə aldadanların!

  2. الَّذِيْنَ اِذَا اكْتَالُوْا عَلَي النَّاسِ يَسْتَوْفُوْنَ ۝٢ؗۖ

    2O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,

  3. وَاِذَا كَالُوْهُمْ اَوْ وَّزَنُوْهُمْ يُخْسِرُوْنَ ۝٣ؕ

    3Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.

  4. اَلَا يَظُنُّ اُولٰ࢜ىِٕكَ اَنَّهُمْ مَّبْعُوْثُوْنَ ۝٤ۙ

    4Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!

  5. لِيَوْمٍ عَظِيْمٍ ۝٥ۙ

    5Özü də dəhşətli bir gündə?!

  6. يَّوْمَ يَقُوْمُ النَّاسُ لِرَبِّ الْعٰلَمِيْنَ ۝٦ؕ

    6O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!

  7. كَلَّا͏ٓ اِنَّ كِتٰبَ الْفُجَّارِ لَفِيْ سِجِّيْنٍ ۝٧ؕ

    7Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir!

  8. وَمَا͏ٓ اَدْرٰىكَ مَا سِجِّيْنٌ ۝٨ؕ

    8Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?)

  9. كِتٰبٌ مَّرْقُوْمٌ ۝٩ؕ

    9O, yazılı bir kitabdır!

  10. وَيْلٌ يَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِيْنَ ۝١٠ۙ

    10O gün vay halına yalan sayanların!

  11. الَّذِيْنَ يُكَذِّبُوْنَ بِيَوْمِ الدِّيْنِ ۝١١ؕ

    11O kəslər ki, haqq-hesab gününü yalan sayarlar.

  12. وَمَا يُكَذِّبُ بِهٖٓ اِلَّا كُلُّ مُعْتَدٍ اَثِيْمٍ ۝١٢ۙ

    12Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar.

  13. اِذَا تُتْلٰي عَلَيْهِ اٰيٰتُنَا قَالَ اَسَاطِيْرُ الْاَوَّلِيْنَ ۝١٣ؕ

    13Ayələrimiz ona oxunduğu zaman: “(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)” – deyər.

  14. كَلَّا بَلْࣝ رَانَ عَلٰي قُلُوْبِهِمْ مَّا كَانُوْا يَكْسِبُوْنَ ۝١٤

    14Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.

  15. كَلَّا͏ٓ اِنَّهُمْ عَنْ رَّبِّهِمْ يَوْمَىِٕذٍ لَّمَحْجُوْبُوْنَ ۝١٥ؕ

    15Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!

  16. ثُمَّ اِنَّهُمْ لَصَالُوا الْجَحِيْمِ ۝١٦ؕ

    16Sonra Cəhənnəmə varid qalacaqlar.

  17. ثُمَّ يُقَالُ هٰذَا الَّذِيْ كُنْتُمْ بِهٖ تُكَذِّبُوْنَ ۝١٧ؕ

    17Sonra da onlara: “Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!” deyiləcəkdir.

  18. كَلَّا͏ٓ اِنَّ كِتٰبَ الْاَبْرَارِ لَفِيْ عِلِّيِّيْنَ ۝١٨ؕ

    18Xeyr! (Mö’minlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan mö’minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır!

  19. وَمَا͏ٓ اَدْرٰىكَ مَا عِلِّيُّوْنَ ۝١٩ؕ

    19Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?!

  20. كِتٰبٌ مَّرْقُوْمٌ ۝٢٠ۙ

    20O, yazılı bir kitabdır.

  21. يَّشْهَدُهُ الْمُقَرَّبُوْنَ ۝٢١ؕ

    21Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər!

  22. اِنَّ الْاَبْرَارَ لَفِيْ نَعِيْمٍ ۝٢٢ۙ

    22Həqiqətən, yaxşı əməl və itaət sahibi olan mö’minlər Nəim cənnətlərində olacaqlar.

  23. عَلَي الْاَرَا࢜ىِٕكِ يَنْظُرُوْنَ ۝٢٣ۙ

    23Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi ne’mətlərə) tamaşa edəcəklər.

  24. تَعْرِفُ فِيْ وُجُوْهِهِمْ نَضْرَةَ النَّعِيْمِ ۝٢٤ۚ

    24Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!

  25. يُسْقَوْنَ مِنْ رَّحِيْقٍ مَّخْتُوْمٍ ۝٢٥ۙ

    25Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir.

  26. خِتٰمُهٗ مِسْكٌؕ وَفِيْ ذٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُوْنَ ۝٢٦ؕ

    26Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!

  27. وَمِزَاجُهٗ مِنْ تَسْنِيْمٍ ۝٢٧ۙ

    27Ona təsnim (suyu) qatılmışdır.

  28. عَيْنًا يَّشْرَبُ بِهَا الْمُقَرَّبُوْنَ ۝٢٨ؕ

    28O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər).

  29. اِنَّ الَّذِيْنَ اَجْرَمُوْا كَانُوْا مِنَ الَّذِيْنَ اٰمَنُوْا يَضْحَكُوْنَ ۝٢٩ؗۖ

    29Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.

  30. وَاِذَا مَرُّوْا بِهِمْ يَتَغَامَزُوْنَ ۝٣٠ؗۖ

    30(Mö’minlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər.

  31. وَاِذَا انْقَلَبُوْٓا اِلٰٓي اَهْلِهِمُ انْقَلَبُوْا فَكِهِيْنَ ۝٣١ؗۖ

    31Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar.

  32. وَاِذَا رَاَوْهُمْ قَالُوْٓا اِنَّ هٰٓو͏ٔ͏ُلَا࢜ءِ لَضَا࢜لُّوْنَ ۝٣٢ۙ

    32Onlar (mö’minləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” – deyirdilər.

  33. وَمَا͏ٓ اُرْسِلُوْا عَلَيْهِمْ حٰفِظِيْنَ ۝٣٣ؕ

    33Halbuki onlara (mö’minlərə) nəzarətçi göndərilməmişdir.

  34. فَالْيَوْمَ الَّذِيْنَ اٰمَنُوْا مِنَ الْكُفَّارِ يَضْحَكُوْنَ ۝٣٤ۙ

    34Bu gün isə mö’minlər kafirlərə güləcəklər.

  35. عَلَي الْاَرَا࢜ىِٕكِۙ يَنْظُرُوْنَ ۝٣٥ؕ

    35Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər).

  36. هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوْا يَفْعَلُوْنَ ۝٣٦ࣖ

    36Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)

Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

TezlikləApp StoreTezlikləGoogle Play