Al-Mursalaat surəsi (The Emissaries) — tərcümə ilə oxuyun | Sadaat
Skip to content

سُورَةُ المُرۡسَلَاتِ

Surə Al-Mursalaat

The Emissaries · Məkkə · 50 Ayə

  1. وَالْمُرْسَلٰتِ عُرْفًا ۝١ۙ

    1And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə);

  2. فَالْعٰصِفٰتِ عَصْفًا ۝٢ۙ

    2And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);

  3. وَّالنّٰشِرٰتِ نَشْرًا ۝٣ۙ

    3And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;

  4. فَالْفٰرِقٰتِ فَرْقًا ۝٤ۙ

    4And olsun (haqla batili) ayıranlara;

  5. فَالْمُلْقِيٰتِ ذِكْرًا ۝٥ۙ

    5And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-

  6. عُذْرًا اَوْ نُذْرًا ۝٦ۙ

    6(Mö’minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki,

  7. اِنَّمَا تُوْعَدُوْنَ لَوَاقِعٌ ۝٧ؕ

    7Sizə və’d edilən (qiyamət) mütləq vaqe olacaqdır!

  8. فَاِذَا النُّجُوْمُ طُمِسَتْ ۝٨ۙ

    8Ulduzlar sönəcəyi;

  9. وَاِذَا السَّمَا࢜ءُ فُرِجَتْ ۝٩ۙ

    9Göy yarılacağı;

  10. وَاِذَا الْجِبَالُ نُسِفَتْ ۝١٠ۙ

    10Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);

  11. وَاِذَا الرُّسُلُ اُقِّتَتْ ۝١١ؕ

    11Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman,

  12. لِاَيِّ يَوْمٍ اُجِّلَتْ ۝١٢ؕ

    12(Belə soruşulacaqdır:) “(Bunlara) hansı günə qədər möhlət verilmişdir?”

  13. لِيَوْمِ الْفَصْلِ ۝١٣ۚ

    13(Həmin suala cavab olaraq deyiləcəkdir:) “(Haqla batili) ayırd ediləcəyi günə qədər!”

  14. وَمَا͏ٓ اَدْرٰىكَ مَا يَوْمُ الْفَصْلِ ۝١٤ؕ

    14Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!

  15. وَيْلٌ يَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِيْنَ ۝١٥

    15O gün vay halına (qiyaməti) yalan sayanların!

  16. اَلَمْ نُهْلِكِ الْاَوَّلِيْنَ ۝١٦ؕ

    16Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!

  17. ثُمَّ نُتْبِعُهُمُ الْاٰخِرِيْنَ ۝١٧

    17Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.

  18. كَذٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِيْنَ ۝١٨

    18Biz günahkarlarla belə rəftar edirik.

  19. وَيْلٌ يَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِيْنَ ۝١٩

    19O gün vay halına (qiyaməti) yalan sayanların!

  20. اَلَمْ نَخْلُقْكُّمْ مِّنْ مَّا࢜ءٍ مَّهِيْنٍ ۝٢٠ۙ

    20Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?!

  21. فَجَعَلْنٰهُ فِيْ قَرَارٍ مَّكِيْنٍ ۝٢١ۙ

    21Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,

  22. اِلٰي قَدَرٍ مَّعْلُوْمٍ ۝٢٢ۙ

    22Müəyyən bir vaxta qədər.

  23. فَقَدَرْنَاࣗۖ فَنِعْمَ الْقٰدِرُوْنَ ۝٢٣

    23Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!

  24. وَيْلٌ يَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِيْنَ ۝٢٤

    24O gün vay halına (qiyaməti) yalan sayanların!

  25. اَلَمْ نَجْعَلِ الْاَرْضَ كِفَاتًا ۝٢٥ۙ

    25Məgər Biz yeri məskən etmədikmi

  26. اَحْيَا࢜ءً وَّاَمْوَاتًا ۝٢٦ۙ

    26Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar).

  27. وَّجَعَلْنَا فِيْهَا رَوَاسِيَ شٰمِخٰتٍ وَّاَسْقَيْنٰكُمْ مَّا࢜ءً فُرَاتًا ۝٢٧ؕ

    27Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.

  28. وَيْلٌ يَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِيْنَ ۝٢٨

    28O gün vay halına (bu ne’mətləri) yalan sayanların!

  29. اِنْطَلِقُوْٓا اِلٰي مَا كُنْتُمْ بِهٖ تُكَذِّبُوْنَ ۝٢٩ۚ

    29(O gün kafirlərə belə deyiləcəkdir:) “Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə!

  30. اِنْطَلِقُوْٓا اِلٰي ظِلٍّ ذِيْ ثَلٰثِ شُعَبٍ ۝٣٠ۙ

    30Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!”

  31. لَّا ظَلِيْلٍ وَّلَا يُغْنِيْ مِنَ اللَّهَبِ ۝٣١ؕ

    31O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.

  32. اِنَّهَا تَرْمِيْ بِشَرَرٍ كَالْقَصْرِ ۝٣٢ۚ

    32O (hər biri) bir saray boyda qığılcımlar saçar.

  33. كَاَنَّهٗ جِمٰلَتٌ صُفْرٌ ۝٣٣ؕ

    33O (qığılcımlar), sanki sarı dəvə sürükləridir.

  34. وَيْلٌ يَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِيْنَ ۝٣٤

    34O gün vay halına (qiyaməti) yalan sayanların!

  35. هٰذَا يَوْمُ لَا يَنْطِقُوْنَ ۝٣٥ۙ

    35Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər.

  36. وَلَا يُو͏ٔ͏ْذَنُ لَهُمْ فَيَعْتَذِرُوْنَ ۝٣٦

    36Onlara üzr istəməyə izin də verilməz.

  37. وَيْلٌ يَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِيْنَ ۝٣٧

    37O gün vay halına (qiyaməti) yalan sayanların!

  38. هٰذَا يَوْمُ الْفَصْلِۚ جَمَعْنٰكُمْ وَالْاَوَّلِيْنَ ۝٣٨

    38Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür!

  39. فَاِنْ كَانَ لَكُمْ كَيْدٌ فَكِيْدُوْنِ ۝٣٩

    39(Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək!

  40. وَيْلٌ يَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِيْنَ ۝٤٠ࣖ

    40O gün vay halına (qiyaməti) yalan sayanların!

  41. اِنَّ الْمُتَّقِيْنَ فِيْ ظِلٰلٍ وَّعُيُوْنٍ ۝٤١ۙ

    41Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,

  42. وَّفَوَاكِهَ مِمَّا يَشْتَهُوْنَ ۝٤٢ؕ

    42İstədikləri meyvə içində olacaqlar!

  43. كُلُوْا وَاشْرَبُوْا هَنِيْ࢜ـًٔاۢ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۝٤٣

    43(Onlara belə deyiləcəkdir:) “(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için!

  44. اِنَّا كَذٰلِكَ نَجْزِي الْمُحْسِنِيْنَ ۝٤٤

    44Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”

  45. وَيْلٌ يَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِيْنَ ۝٤٥

    45O gün vay halına (qiyaməti) yalan sayanların!

  46. كُلُوْا وَتَمَتَّعُوْا قَلِيْلًا اِنَّكُمْ مُّجْرِمُوْنَ ۝٤٦

    46(Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)

  47. وَيْلٌ يَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِيْنَ ۝٤٧

    47O gün vay halına (qiyaməti) yalan sayanların!

  48. وَاِذَا قِيْلَ لَهُمُ ارْكَعُوْا لَا يَرْكَعُوْنَ ۝٤٨

    48Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar!

  49. وَيْلٌ يَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِيْنَ ۝٤٩

    49O gün vay halına (qiyaməti) yalan sayanların!

  50. فَبِاَيِّ حَدِيْثٍۭ بَعْدَهٗ يُو͏ٔ͏ْمِنُوْنَ ۝٥٠ࣖ

    50(Bu kafirlər) ona da (Qur’ana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!

Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

TezlikləApp StoreTezlikləGoogle Play