سُورَةُ الكَوۡثَرِ
Surə Al-Kawthar
Abundance · Məkkə · 3 Ayə · Cüz 30
Cüz 30
Filtrlər
3 ayədən 3
Ayədən – Ayəyə
بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اِنَّا͏ٓ اَعْطَيْنٰكَ الْكَوْثَرَ ١ؕ
1(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol ne’mət, yaxud Qur’an, peyğəmbərlik) bəxş etdik!
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ ٢ؕ
2Ona görə də (bu ne’mətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!
اِنَّ شَانِي͏ٔ͏َكَ هُوَ الْاَبْتَرُ ٣ࣖ
3(Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)
Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.